Nida.az
“Le Monde”: “Hazırkı status-kvo münaqişənin həllinə kölgə salır”
“Azərbaycan və Ermənistan prezidentlərinin Yelisey sarayında görüşərək söhbət etməsi uğur hesab oluna bilər. Çünki iki prezidentin bir araya gələrkən nəyisə sakit formada müzakirə etməsi nadir hallarda olur”.
Publika.az xəbər verir ki, Fransanın “Le Monde”
nəşri Paris görüşü haqqında yazıb.
Fransalı diplomatın sözlərinə istinad edən nəşr prezidentlərin bir
yerdə səmimi şəkildə ortaq problemlərini müzakirə etdiklərini
bildirib: “Dağlıq Qarabağ indi Rusiyanın dəstəyi ilə Ermənistan
tərəfinin nəzarətindədir. Münaqişə nəticəsində 1988-1994-cü illər
ərzində 30 min insan öldürülüb, 800 min azərbaycanlı məcburi
köçkündür. 1994-cü ildə bağlanan kövrək atəşkəsə baxmayaraq,
Azərbaycan və Ermənistan hələ də müharibə şəraitindədir. 1992-ci
ildən etibarən ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ, Fransa və
Rusiya münaqişənin həlli üçün moderatorluq edir. Lakin son zamanlar
Rusiyanın münaqişə çevrəsində digər həmsədr ölkələrə, xüsusilə
Fransaya təzyiq etdiyi müşahidə olunur”.
Nəşr Qarabağ münaqişəsinə Ukrayna hadisələri fonunda yanaşaraq
Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfərinə toxunub:
“Yelisey sarayı bu səfərin nə qədər uğurlu olduğunu desə də,
Ukrayna hadisələri fonunda reallaşan səfər o qədər də ürəkaçan
deyildi. Digər tərəfdən, Fransua Olland Cənubi Qafqazda Moskvanı
qıcıqlandıracaq müəyyən mesajlar verdi və bu Kreml tərəfindən
unudulmayacaq”.
Dağlıq Qarabağ münaqişəsinin həllində Parisin səylərinə toxunan
nəşr hazırkı status-kvonun həll variantını kölgədə saxladığını qeyd
edir.
“Bu gün Ermənistanda Rusiyanın hərbi bazası və 5 min hərbçisi var.
İrəvanın Rusiya tərəfə kəskin dönüşü dərhal təbii qazın qiymətinin
iki dəfə aşağı salınması ilə mükafatlandırıldı”, - deyə “Le-Monde”
vurğulayır.
Asif Nərimanlı
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO