Nida.az
Azərbaycana Türkiyə hərbi bazaları lazımdırmı? – Vəfa Quluzadənin şərhi
“Rusiyanın Gümrü bazasını möhkəmləndirməsindən Azərbaycan narahat olmamalıdır. Çünki bu daha çox Qərbi təhdid edən ifadələrdir. Reallıqda Moskvanın belə bir imkanı zəifdir”.
Bunu Publika.az-a açıqlamasında sabiq dövlət
müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın xarici ölkələrdəki
hərbi bazalarını, o cümlədən Ermənistandakı Gümrü bazasının
genişləndirmək niyyətinə münasibət bildirərkən deyib.
V. Quluzadə Rusiyanın çökmək üzrə olduğunu bildirib. Onun sözlərinə
görə, Moskva Qərbi qorxutmağa hesabladığı bu açıqlamalarla uzağa
gedə bilməz: “Qərbin sanksiyaları Rusiyanı çökdürür. Misal üçün,
Rusiya Qərbin mallarına qarşı sanksiya tətbiq edib, lakin bunun nə
Amerikaya, nə də Avropaya ciddi təsiri yoxdur. Rusiya özü isə
sanksiyalar altında əzilir. Bu gün rublun qiyməti sürətlə düşür,
ölkədə SSRİ vaxtında olduğu kimi növbələr yaranıb. Rusiya bu barədə
düşünsə, daha yaxşı olar”.
Sabiq dövlət müşaviri buna qarşı Azərbaycanda Türkiyə hərbi
bazalarının yerləşdirilməsi fikirlərini qəbul etmir. Onun fikrincə,
Türkiyənin özü də Rusiya ilə qarşıdurmaya getmək niyyətində
deyil.
“Bu gün Türkiyə NATO üzvü olaraq Rusiya-Qərb qarşıdurmasnda müəyyən
yer alır. Amma Ankara Moskvaya qarşı açıq-açığına getməkdə maraqlı
deyil. NATO onsuz da Qara dənizdəki Türkiyə hərbi qüvvələrindən
ruslara qarşı istifadə edir”, - deyə o bildirib.
V. Quluzadə Türkiyənin Azərbaycana bütün hallarda hərbi yardım
edəcəyini düşünür: “Bununla bağlı hərbi müqavilələr də var. Amma
hazırda hansısa ölkənin, eləcə də Türkiyənin Azərbaycanda hərbi
bazasının yerləşdirilməsi nə Ankaranın, nə də Bakının xeyrinədir.
Sadəcə, proseslərin nə ilə nəticələnəcəyini gözləmək lazımdır”.
Qeyd edək ki, ötən ayın sonu Rusiya müdafiə naziri Sergey Şoyqu
Moskvanın Ermənistan da daxil olmaqla Rusiyanın MDB-dəki bütün
hərbi bazalarını gücləndirəcəyini dedi. Bir sıra ekspertlər bunun
bölgədə hərbi balansı pozacağını düşünür. Həmçinin Bakının buna
qarşı alternativ addımlar atmağının vacibliyi qeyd olunur.
Asif Nərimanlı
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər