Nida.az
Müdafiə Nazirliyindən xəbərdarlıq: “Bu dəfə zərbə məhvedici olacaq”
Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.
Publika.az-ın məlumatına görə, Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.
Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcəkdir.
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq