Nida.az
Elman Abdullayev Ramin Mehmanpərəstin ifadəsinə münasibət bildirib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst mayın 29-da keçirdiyi mətbuat konfransında Azərbaycan dövləti və ya Azərbaycan Respublikası əvəzinə “Bakı dövləti” ifadəsi işlədib.
Ramin Mehmanpərəst deyib: “Müqəddəslərə hörmətsizlik etməyə kimsəyə əsla icazə verməyəcəyik, Bakı dövləti maksimum səy göstərməli, belə hərəkətlərə kəskin münasibət bəsləməli və onun səbəbkarlarını mühakimə etməlidir”.
Ramin Mehmanpərəstin ifadəsi olan mətn İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında da yerləşdirilib. Mətbuat konfransı barədə materialda iki yerdə “Bakı dövləti” ifadəsi işlənir.
Publika.Az -ın əməkdaşı mayın 30-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxlayıb Ramin Mehmanpərəstin aşağılayıcı ifadəsinə münasibət öyrənib.
Elman Abdullayev bunu Ramin Mehmanpərəstin savadsızlığı ilə əlaqələndirib:
“Görünür, Ramin Mehmanpərəst ölkələrin adlarını dəqiq, yaxşı bilmir. Onun Azərbaycan dövlətini Bakı dövləti adlandırmasının da bundan irəli gəlməsi mümkündür”.
Səxavət
Publika.Az
-
Nida Xəbər 10:41Belçikanın sabiq Baş naziri Aİ-nin Azərbaycana qarşı ikili yanaşmasını kəskin tənqid etdi
-
MDB10:00Rusiyada zəlzələ baş verdi
-
Sağlamlıq09:40Baş onkoloq həyəcan təbili çaldı
-
İdman08:48Arda Gülərdən fantastik qol - Video
-
Magazin207:30Bu ölkənin "Eurovision"da iştirakı qadağan edilə bilər
-
Magazin206:16İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş - ŞOK İDDİA
-
Avropa05:45Orta əsrə aid qala qülləsi uçdu
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto





































