MDB
Almatıda referendumu müşahidə etmək üçün 9 ictimai birlik qeydə alındı
Qazaxıstanda martın 15-də Konstitusiya referendumunun qısamüddətli müşahidəsini həyata keçirən TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının qrupu Almatı şəhərinin Ərazi Referendum Komissiyasının sədri xanım Aygül Kalıkova ilə görüşüb.
Publika.az xəbər verir ki, komissiya sədri Almatı şəhərində referenduma hazırlıqlar haqqında məlumat verib və missiya üzvlərinin suallarını cavablandırıb.
O, səsvermənin Almatı şəhərində 72-si müvəqqəti əsasda yaradılan 654 səsvermə məntəqəsində keçiriləcəyini qeyd edib. Əlilliyi olan seçicilər üçün zəruri şəraitin təmin edilməsinə toxunan xanım Kalıkova səsvermə məntəqəsinə gələ bilməyən seçicilər üçün daşınan qutuların istifadəsi barədə məlumat verib. O, həmçinin daimi qeydiyyatın olduğu yaşayış məntəqəsindən kənarda istənilən səsvermə məntəqəsində səs vermək məqsədilə qeydiyyatdançıxma vəsiqəsi üçün müraciət etmək imkanı haqqında danışıb. Komissiya sədri referendumun müşahidəsi prosesində yerli müşahidəçilərin iştirakına toxunub və Almatı şəhərində referendumu müşahidə etmək üçün 9 ictimai birliyin qeydə alındığını bildirib.
Missiya üzvləri Konstitusiya referendumunun əhəmiyyətini vurğulayaraq, demokratik və şəffaf referendumun keçirilməsində uğurlar arzulayıblar.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
