Nida.az
XİN: “Azərbaycanlı və erməni icmalarının görüşünə tərəfdarıq”
Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında dialoq mühitinin yaradılması məsələsi zaman-zaman medianın gündəmə gəlir. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu ilə yanaşı bir sıra beynəlxalq təşkilatlar da qarşılıqlı etimad mühitinin yaradılmasının vacibliyini bildirirlər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Publika.Az-a deyib ki, bu cür görüşlər harada keçirilməsindən asılı olmayaraq fayda verməyəcək: “Əksinə, bu cür görüşlər Ermənistanın Azərbaycana qarşı iddialı mövqeyinin möhkəmlənməsinə xidmət edir. Ermənistan dünyaya nümayiş etdirir ki, ermənilər azərbaycanlılarla dinc görüşə hazırdırlar, heç bir problem yoxdur.
Bu cür görüşlər birmənalı olaraq ermənilərin maraqlarına xidmət edir. Hesab edirəm ki, heç kim, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bu görüşlərə getməməlidir.
ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ separatçıları ilə görüşəndə onlar bunu Dağlıq Qarabağın tanınması kimi qələmə verirlər, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin erməni icmasının rəhbəri ilə görüşü separatçı rejimə legitimlik statusu verilməsi anlamına gəlir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, münaqişənin həlli prosesinin irəliləməsi üçün icmalar arasında da görüşlər keçirilməlidir.
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüş təklifinin Almaniya qeyri-hökumət təşkilatları tərəfindən səsləndirdiyini deyən XİN rəsmisi bildirib ki, Azərbaycan təşəbbüsü dəstəkləmişdi: “İcmalar arasında keçirilən görüşlərə etimad tədbirləri deyilir. Təbii ki, etimad tədbirləri çox önəmli faktor ola bilər. Amma hazırdakı durumda etimad tədbirlərinin qarşısında duran əsas problem işğal faktıdır. Azərbaycan icmasına məxsus torpaqlar işğal altındadır, onlar etnik təmizlənməyə məruz qalıblar. Bununla belə icmalar arasında keçiriləcək görüşlər dəstəklədik.
Lakin 2011-ci ildə Berlində və Parisdə təşkil olunan görüşlərə erməni icmasını rəhbərləri gəlmədilər. Onlar rəsmi Yerevanın təzyiqi ilə həmin görüşlərdən imtina etdilər. Bu da onu göstərir ki, rəsmi Yerevan icmalar arasında görüşlərin keçirilməsinə əngəl törədir.
Ermənistan status-kvonun dəyişməsində maraqlı deyil və bu da öz növbəsində münaqişənin tənzimlənməsinə əngəl törədir. Bu baxımdan Ermənistanda icmalar arasında görüşlərin keçirilməsi iradəsi mövcud deyil. Azərbaycan tərəfi bu gün də hesab edir ki, icmalar arasındakı görüşlər münaqişənin həllinə müsbət təsir göstərə bilər”.
Ömər Əmirov
Publika.Az
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto


































