Nida.az
Millət vəkilləri: “YAP nə Müsavatdı, nə də AXCP”
Sabiq millət vəkili Pənah Hüseyn sənət adamlarının Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmasına münasibət bildirərkən bunu böhran əlaməti hesab edib. O deyib ki, YAP siyasi partiya kimi fəaliyyət göstərmir.
Publika.Az-a açıqlamasında Pənah Hüseynin fikrilərini şərh edən YAP-çı millət vəkili Bəxtiyar Sadıqov deyib ki, partiya böhranını 20 ildi AXCP yaşayır: “Bu partiya yarananda sıralarında həddindən artıq insan var idi, ziyalılar, elm adamları ora üzv idi. İqtidara gəlib, iç üzlərini xalqa nümayiş etdirdikdən sonra müxalifətə keçərək aqressiv mövqe tutdular. Nə qədər elm adamları, abırlı insanlar vardı, hamısı partiyanı tərk etdi. İlk Xalq Cəbhəsinin sosial bazası demək olar ki, dağılıb. Orda-burda 3-4 nəfəri qalıb. Hətta düz-əməlli yığışıb mitinq keçirə bilmirlər, təklif olunmuş yerlərdən imtina edirlər. Şəhərin mərkəzinə gəlmək istəyirlər ki, bekar camaat da onlara qoşulsun və sayları çox görünsün”.
Bəxtiyar Sadıqov hesab edir ki, YAP-ın sıraları genişlənirsə, bu partiyanın böhranı yox, inkişafı deməkdir: "Heç kim bunları qarışdırmasın. Heç kim Yeni Azərbaycan Partiyasına qısqanclıqla yanaşmasın”.
YAP-ın siyasi partiya kimi fəaliyyət göstərmədiyi fikrinə gəlincə, millət vəkilinin sözlərinə görə, sabiq deputat partiyanın fəaliyyətini ancaq qəzet səhifəsində görür: “Hesab edirsə ki, partiya ancaq qəzet səhifəsində olmalıdır, AXCP və Müsavat kimi, bu, Yeni Azərbaycan Partiyasına aid edilə bilməz. Yeni Azərbaycan Partiyası xalqın içində fəaliyyət göstərir, praktiki işlərlə, Azərbaycanın inkişafı ilə məşğuldur. Yenə deyirəm, nə qısqanclıq etsin, nə də fəaliyyətini təhrif etsin”.
YAP-ın üzvü olan millət vəkili Elman Məmmədov da hesab edir ki, Pənah Hüseynin fikirləri subyektivdir: “Həqiqət tamam başqadır. Yeni Azərbaycan Partiyasının yarım milyondan artıq üzvü var. Bu partiya eyni zamanda kəmiyyət ardınca qaçan deyil, onu keyfiyyət maraqlandırır. Partiyanın tərkibinə nəzər salın görün, tərkibi kimlərdən ibarətdir. Yeni Azərbaycan Partiyası ən yüksək intellektual səviyyəyə malik insanları birləşdirir. Belə olan halda hansı böhrandan danışmaq olar?”
Ömər Əmirov
Publika.Az
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş