“Zaman-Azərbaycan”ın rəhbəri: “Bizə aidiyyəti yoxdur” - FOTO
Bizi izləyin

Nida.az

“Zaman-Azərbaycan”ın rəhbəri: “Bizə aidiyyəti yoxdur” - FOTO

“Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal “Samanyolu” telekanalı və “Zaman” qəzetinin rəhbərliyi, serial müəllifləri və rejissorlar da olmaqla, 32 nəfərin həbs olunmasına münasibət bildirib.

S.Ünal Publika.az-a açıqlamasında deyib ki, Türkiyədəki hadisələrin “Zaman-Azərbaycan” qəzetinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, “Zaman-Azərbaycan” qəzeti Azərbaycanda fəaliyyət göstərən qəzetdir və bu ölkənin mətbuat orqanı hesab olunur: “Türkiyədəki hadisələrin bizə heç bir təsiri yoxdur. Hazırda da fəaliyyətimizi əvvəlki kimi davam etdiririk. Hər hansı problemimiz yoxdur. Türkiyədəki həmkarlarımızla bağlı da ciddi problem yoxdur. Sadəcə olaraq, prokurorluq araşdırma aparır və onların ifadəsi alınır. Yəni, onlar həbs olunmayıblar”.

S.Ünal hazırda Türkiyədə olduğunu da bildirib: “Hazırda Türkiyədəyəm, Bakıya sabah qayıdacam”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm