Nida.az
“Deyə bilmərik ki, Azərbaycan hansısa qeyri-adi addım atacaq”
Gələn ay Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi üzərinə götürəcək. Publika.Az-a açıqlamasında Azərbaycan Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, dünya dövlətləri arasında bu mövqedə olması Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün ölkənin dünyada bərabərhüquqlu subyekt kimi tanınmasında mühüm rolu olduğunu deyən millət vəkili hesab edir ki, bu imkandan doğru istifadə edilməlidir.
O, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında hansısa konkret dövlətin fəaliyyəti nəzərə çarpmır: “Təhlükəsizlik Şurası kollektiv bir qurumdur. Burada sadəcə nüfuzdan söhbət gedir. Azərbaycanın da əlahiddə bir işi, özünün istədiyi hansısa bir layihəni həyata keçirmək imkanında deyil”.
Təhlükəsizlik Şurasının sədri kimi də hansısa üstünlüyünün verilmədiyini söyləyən Fazil Mustafanın fikrincə, BMT-də istənilən məsələni həll etmək olmur: “Dağlıq Qarabağla bağlı hansısa addım atmaq mümkün deyil. Hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin də imkanları geniş deyil. Onlar məsələni qaldıra bilərlər, amma başqa bir daimi üzvün vetosu ilə qarşılaşa bilər. Azərbaycanın buradan çox şeylər umması doğru olmaz”.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyini politoloq Cümşüd Nuriyev də yüksək qiymətləndirib. O, hesab edir ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı konkret addımlar atılmalıdır: “Bu addımların arxasında Azərbaycanın xarici siyasət xəttinin əsas prinsipləri özünü göstərəcək. İndidən deyə bilmərik ki, Azərbaycan hansısa qeyri-adi qərarlar verəcək. Amma bu, bütün hallarda Azərbaycan uğurudur. Azərbaycan yüksək etibar qazanıb və bu etibarı elə xərcləməlidir ki, yenə də öz hörmətini saxlaya bilsin”.
Təhlükəsizlik Şurası BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. Qurumun nizamnaməsinə görə, TŞ beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Onun 15 üzvü var. 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir.
Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 5 daimi üzvün isə veto hüququ var. Azərbaycan 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Ömər
Publika.Az
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO