Nida.az
Naxcıvanda seçicilərin 41,4 faizi səsvermədə iştirak edib
Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Naxçıvan
Muxtar Respublikasının seçiciləri xüsusi fəallıq nümayiş
etdiriblər.
Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi
Seçki Komissiyasının sədri Məhərrəm Qasımovun verdiyi açıqlamaya
görə, seçkilərdə 266 min 430 seçicidən 110 min 392 nəfəri, yəni
bütün seçicilərin 41,4 faizi iştirak edib.
Ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri hesab
edilən bələdiyyə seçkiləri tarixən Azərbaycanda siyasi fikrin
formalaşdığı əsas mərkəzlərdən olan Naxçıvan şəhərində də ruh
yüksəkliyi ilə keçib. 4 saylı Naxçıvan şəhər dairə seçki
komissiyasının məlumatına görə, dairə üzrə 43 min 808 seçicidən 18
min 574 nəfəri (42,4 faizi) seçkilərdə iştirak edib.
2 saylı Şərur seçki dairəsi üzrə qeydə alınmış 41 min 120 seçicidən
17 min 353 nəfəri seçkidə iştirak edib ki, bu da ümumi seçicilərin
42,2 faizini təşkil edir.
6 saylı Culfa-Babək seçki dairəsi üzrə təşkil olunmuş 14 məntəqə
Babək rayonunda, 25-i isə Culfa rayonunda yerləşir. Ümumilikdə,
dairədə qeydə alınmış seçicilərin 13 min 848 nəfəri Babək, 19 min
593 nəfəri isə Culfa rayonunun payına düşür. Dairə üzrə 14 min 129
nəfər səs verib ki, bu da seçicilərin 39,8 faizi deməkdir.
7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə isə 34 min 478 seçicidən
13 min 859-u seçkilərdə iştirak edərək istədikləri namizədlərə səs
verib.
Muxtar respublikada bələdiyyə seçkiləri azad, şəffaf və demokratik
şəraitdə keçirilib.
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO