Nida.az
"Məgər büdcənin kino çəklişləri ilə bağlı öhdəliyi var? ” – Komitə sədri
“Bəzi icra başçıları bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirmək istəyirlər”. Publika.Az-ın məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətarfında gedən müzakirələr zamanı söyləyib.
Deputat bildirib ki, indi ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edirlər. F.Ağamalı deyib: "İcra başçıları bu gün bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq. Bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir. Onlar icra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi, birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar".
F.Ağamalı mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsini də təklif edib: "Mənzil-istismar sahələri adlı qurum var. Bu Sovet vaxtından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı".
Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bir sıra bələdiyyələrin işini ciddi tənqid edib. O, eyni zamanda, 2014-cü ilin büdcəsində bələdiyyələrə ayrılan vəsaitin həcmindən narazılığını ifadə edib: "Ölkədə 1716 bələdiyyəyə cəmi 5,2 milyon manat vəsait ayrılıb. Amma kino çəkilişinə 6,5 manat ayrılıb. O vaxt büdcə komitələrdə müzakirə olunarkən bu məsələ ilə bağlı maliyyə nazirindən soruşanda, o bildirdi ki, bələdiyyələrlə bağlı büdcənin öhdəliyi yoxdur. Məgər büdcənin kino çəklişləri ilə bağlı öhdəliyi var? Belə anlaşılmasın ki, mən kino çəkilişlərinin əleyhinəyəm. Ancaq bələdiyyələrə ayrılan vəsaitin də həcmini heç cür qaneedici hesab edə bilmərəm".
Vasif Həsənli
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO
-
Ekologiya22 May 21:05
Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək
-
Magazin222 May 20:45
Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO
-
Kriminal22 May 20:30
MN-də 9 milyonluq yeyinti: həyat yoldaşının kotteclərini satıb ziyanı ödəmək istəyir