Nida.az
Zakir Həsənov qırğız həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevi qəbul edib.
Müdafiə nazirliyindən Publika.az-a verilən məlumata görə, A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Qırğızıstanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki
ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində
əməkdaşlığın perspektivləri, dövlətlərimizin regional
təhlükəsizliyi məsələləri müzakirə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri
general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas
təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.
Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aycigit Buranov da iştirak edib.
Səfər fevralın 13-dək davam edəcək.
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO









.jpg)


























