Nida Təhlil
Postmüharibə bərpasında Azərbaycan nümunəsi: Sürətli, sistemli və innovativ
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu qlobal urbanizasiya çağırışlarının müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkir. BMT-nin məskunlaşma proqramı çərçivəsində təşkil olunan bu forumda şəhərlərin gələcəyi, ekoloji problemlər, sosial bərabərlik və postmüharibə dövründə bərpa modelləri kimi mühüm məsələlər müzakirə edilir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Publika.az-a bildirdi ki, bu kimi beynəlxalq tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkənin qlobal şəhərsalma gündəmində fəal mövqeyini təsdiqləyir.
Qlobal urbanizasiya sürətlə dərinləşir
Deputatın sözlərinə görə, dünyada urbanizasiya prosesi sürətlə genişlənir və hazırda dünya əhalisinin 55-60 faizi böyük şəhərlərdə yaşayır:
“Proqnozlara əsasən, 2050-ci ilə qədər bu göstərici təxminən 70 faizə çatacaq. Bu isə mənzil çatışmazlığı, tıxaclar və ekoloji problemlər kimi ciddi çağırışlar yaradır”.
Arzuxan Əlizadə qeyd etdi ki, forum çərçivəsində qəbul olunan sənədlər hüquqi baxımdan məcburi olmasa da, qlobal şəhər siyasətinə ciddi təsir göstərir. Onun sözlərinə görə, bu sənədlər iqlim yönümlü şəhər siyasəti, ekoloji təmiz şəhərlərin qurulması, mənzil əlçatanlığı, sosial bərabərlik və rəqəmsal şəhər layihələri kimi istiqamətlərdə ölkələr üçün yol xəritəsi rolunu oynayır.

Azərbaycan öz modelini təqdim edir
Deputat bildirdi ki, Azərbaycan artıq təkcə ev sahibi deyil, həm də öz təcrübəsini dünyaya təqdim edən ölkə kimi çıxış edir: “Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri mühüm nümunədir. Bu, postmüharibə dövrü üçün formalaşmış Azərbaycan modelidir”.
Onun sözlərinə görə, həmin ərazilərdə aparılan sürətli bərpa, yaşıl enerji layihələri, rəqəmsal idarəetmə və infrastruktur quruculuğu Azərbaycanın real təcrübəsini ortaya qoyur.
Postmüharibə bərpasında Azərbaycan nümunəsi
Millət vəkili vurğuladı ki, Azərbaycan təcrübəsi gələcəkdə digər münaqişə sonrası bərpa prosesləri üçün də örnək ola bilər: “Dünyanın bir çox regionlarında münaqişələr qalmaqdadır. Azərbaycan isə öz modeli ilə göstərir ki, postmüharibə bərpası sürətli, sistemli və innovativ şəkildə həyata keçirilə bilər”.
Deputat sonda əlavə etdi ki, Azərbaycanın beynəlxalq forumlara ev sahibliyi etməsi və əldə olunan təcrübələrin dünya ictimaiyyətinə təqdim olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir.
Müəllif: Adəm Abbaslı
-
Digər11:18Qatar partladıldı - 20-ə yaxın ölən var(VİDEO)
-
Digər11:09Zorladığı uşağın başını kəsdi - Dəhşətli cinayətin təfərrüatları(FOTOLAR)
-
MDB10:50Kiyevə hücum zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəydi
-
Region10:33Axalkalaki-Qars dəmir yolu fəaliyyətə başladı - Paşinyan Türkiyəyə təşəkkür etdi
-
Digər10:13Karnidən Rusiyaya çağırış: "Təcavüzkar müharibəni dərhal dayandırın!"
-
MDB09:55Briqadanın 786 əsgəri döyüşdə itkin düşdü - Şok iddia
-
Hadisə09:28Cəlilabadda zəlzələ oldu
-
Region08:00Türkiyədə güclü zəlzələ oldu


































