Nida Xəbər
Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından iki il ötür
Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından iki il ötür.
Publika.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (65 kv.km) Azərbaycana qaytarılması təmin edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
-
ABŞ04:14Ağ Evin ətrafında tətbiq edilən izolyasiya rejimi ləğv edildi
-
Magazin101:41Elçin villasından paylaşım etdi - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzü ərköyünləşdirə bilərsiniz
-
Region23 May 23:12Tehran "Hizbullah"la bağlı qərar verdi
-
Magazin123 May 22:4852 yaşlı aktrisa cazibədarlığı ilə göz oxşadı - FOTO
-
Qarabağ 23 May 22:24Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO
-
Magazin223 May 22:00Şərab zavodunda dekolteli ağ libasda pozalar verdi - FOTO
-
İdman23 May 20:48“Anam kimi adam öldürməmişəm”






































