Ziyafət Əsgərov: “Fəzail müəllim, gedin Sovet İttifaqında yaşayın”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Fəzail müəllim, gedin Sovet İttifaqında yaşayın”

“Bu gün “Elm haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirə olunması tarixi hadisədir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, bu qanun layihəsinin müzakirəsi çoxdan gözlənilirdi: “Əminəm ki, bütün millət vəkillərinin dəstəyi ilə bu qanun layihəsi birinci oxunuşda qəbul olunacaq. Bu qanun layihəsi qəbul ediləndən sonra Azərbaycan elminin inkişafına müsbət təsiri olacaq. Nəhayət ki, Azərbaycan elmi ölüm nöqtəsindən çıxaraq, inkişafa qədəm qoyacaq. Keçmiş Sovet İttifaqı dağılandan sonra Azərbaycan elmi də inkişaf yolunda axsadı. Elmdə yaranan problemləri təkcə Elmlər Akademiyasının üzərinə yıxmaq olmaz. Son vaxtlar Akif Əlizadənin AMEA-nın rəhbərliyinə gətirmək çox ciddi addımdır. İndi Akif müəllimin üzərində çox ağır yük var. Əminəm ki, o, bu yükün altından çox uğurla çıxacaq”.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deputat Fəzail Ağamalıya irad tutub: “Fəzail müəllim, deyirsiniz ki, bu qanun qəbul olunandan sonra Azərbaycan elmi öz ölü nöqtəsindən tərpənəcək. Bu ifadə çox ciddi ittihamdır. Doğrudur, Sovet İttifaqı dağılandan sonra Azərbaycan elmi əvvəlki kimi inkişaf etməyib, amma bu o demək deyil ki, indi Azərbaycan elmi inkişaf etmir. Əgər Azərbaycanda elm inkişaf etmirsə, o zaman siz hansı diplomu almısınız? Buranı bəyənmirsinizsə, o zaman gedib Sovet İttifaqında yaşayın”.

YAP-çı deputat S.Novruzov isə deputat həmkarı Zahid Oruca cavab olaraq bildirib ki, orduya təkcə savadsız adamlar getməli deyil, eyni zamanda savadlı adamlar da getməlidir: “Bu gün ABŞ ordusu öz elmi ilə də inkişaf edir. Bu gün Azərbaycanda da gənc alimlər gedib orduda öz elmlərini daha da təkmilləşdirə bilərlər. Bu da Azərbaycan ordusuna böyük fayda olar”. S.Novruzov AMEA-nın prezidenti Akif Əlizadənin fəaliyyətinə də toxunub: “Əvvəllər AMEA ya yubileylər, ya da dəfn mərasimləri üçün yarayırdı. İndi Akif müəllimin rəhbərliyi altında AMEA inkişaf edir. Yeni-yeni nailiyyətlər əldə olunur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm