Nida.az
İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri ilə dialoqdan danışdı
Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev deyib: "Biz Sizin səfərinizə böyük əhəmiyyət
veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq
münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi
dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq
edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə
göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan da öz növbəsində
hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir.
Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü
siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün
olduqca özəl format yaradır".
Prezident bildirib ki, iqtisadi əməkdaşlıq və investisiya ilə
əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir: "Şadıq ki, Sizin
Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb.
Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə
müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də
turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin
gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də
turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə,
əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri
üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı
olacaq. Bir daha Sizi salamlayıram və Azərbaycanda yaxşı vaxt
keçirməyi arzulayıram".
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum dedi: "Çox təşəkkür
edirəm. Biz səmimi qarşılandıq. Əlaqələrimizi daha da
genişləndirmək və yaxşılaşdırmaq üçün bu gözəl ölkədə olmaqdan çox
şadıq. Bu, ölkənizi görmək üçün yaxşı imkandır. Bizim
bir-birimizdən öyrənəcəyimiz şeylər var".
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi
sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və
birgə investisiyalar, turizm və digər məsələlər müzakirə
olundu.
Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi




































