Belçikada müsəlmanlarla bağlı şok çağırış – İrqçiliyin son həddi
Bizi izləyin

Nida.az

Belçikada müsəlmanlarla bağlı şok çağırış – İrqçiliyin son həddi

Belçikada irqçi Flaman Mənfəəti partiyası müsəlmanları ölkədən qovmağa çağırıb.


Publika.az xəbər verir ki, partiya Anvers şəhərində müsəlmanların kompakt yaşadığı məhəllələrdə “Qərbin əxlaqsız olduğunu düşünənlər, İslamın müqəddəslərinin lağa qoyulmasına qarşı olanlar Belçikaya bir daha dönməmək şərti ilə müraciət etsələr, onlara gəldikləri yerlərə qayıtmaq üçün təyyarə bileti veriləcək” sözləri yazılan broşürlər paylayıb.


Partiyanın əsas simalarından olan Filip Devinter bildirib ki, onlar müsəlmanları ölkədən çıxaracaqlar.

“Qoyunu keçilərdən ayırmağımız lazımdır”, - deyə o irqçi ifadələr işlədib.


O, İslam dininin radikal din olduğunu iddia edib: “Müsəlmanların ölkədən getməsi Belçikaya itki yox, qazanc verəcək”.

Lakin Flaman Mənfəətinin müsəlmanları ölkədən çıxarmaq üçün apardığı kampaniyaya sponsor axtarışı nəticə verməyib. Belə ki, indiyə qədər ölkədən getmək üçün 32 nəfər müraciət etsə də, partiya cəmi 10 təyyarə bileti əldə edə bilib.


Qeyd edək ki, Filip Devinter federal parlamentdə qaldırdığı Qurani-Kərimi “bütün pisliklərin qaynağı” adlandıraraq təhqir etmişdi.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm