Nida.az
“Olland Bakını anti-Rusiya koalisiyasına qoşmağa cəhd edəcək” - İDDİA
“Adətən, nüfuzlu siyasətçilər xarici səfərlərini turne olaraq təşkil edirlər. Fransua Ollandın Ermənistana, daha sonra Azərbaycana səfəri də bu qəbildəndir. Lakin region üçün mühüm məsələlərin müzakirəsi də gündəmdədir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
analitik Vitali Arkov deyib.
Onun sözlərinə görə, Fransa Qərbdə Ermənistanın əsas lobbisi olan
ölkədir: “Lakin Cənubi Qafqazın ən nüfuzlu dövləti olan
Azərbaycanla dialoq Fransanın, həmçinin bütün Avropa Birliyinin
maraqlarına uyğundur. Mənə Bakıda İlham Əliyevlə Ollandın konkret
nələri müzakirə edəcəyi məlum deyil. Amma ehtimal etmək olar ki,
müzakirələrdə Qarabağ məsələsi xüsusi yer tutacaq. Eyni zamanda,
TANAP layihəsinin reallaşması, Şərq Əməkdaşlığının Riqa sammitində
Azərbaycanın iştirakı, İranla “altılıq” ölkələri arasında razılıqla
bağlı Bakının mövqeyi, beynəlxalq terrorizmə qarşı müzakirə və
xüsusilə İŞİD təhlükəsi gündəmdə olacaq”.
V. Arkov qeyd edib ki, Olland Bakının anti-Rusiya koalisiyasına
qoşulması üçün də cəhdlər edəcək.
“Hesab edirəm ki, Olland Bakıda öz şəxsi fikrini, yaxud
fransızların mövqeyini deyil, Avropa Birliyi liderlərinin məcburi
də olsa qəbul etdikləri ABŞ-ın mövqeyini dilə gətirəcək”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi