Nida.az
Novruz Məmmədov: “Bu cür kampaniyalar onlara başucalığı gətirə bilməz”
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Qərbdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirib.
Publika.az-ın məlumatına görə, PA rəsmisi N.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, güclü inkişaf edən, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür kampaniyanın keçirilməsi onlara başucalığı gətirə bilməz:
“Bunların hamısı boş şeylərdir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlar bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu, dünyada ifrat dərəcədə istifadə olunan, geosiyasi maraqları həyata keçirmək üçün atılan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil”.
Vasif Həsənli
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi