Nida.az
Azərbaycanlı deputat Türkiyə seçicilərinə müraciət etdi
Türkiyədə 7 iyunda keçiriləcək seçkilərdə bizi narahat
edən məsələlər var və indidən bunu Türkiyə cəmiyyətinə bütün
vasitələrlə çatdırmalıyıq.
Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil
Mustafa "Facebook" statusunda bildirib:
"Türkiyədə 7 iyunda keçiriləcək seçkilərdə bizi narahat edən
məsələlər var və indidən bunu Türkiyə cəmiyyətinə bütün vasitələrlə
çatdırmalıyıq. Bilindiyi kimi, 3 erməni mənşəli namizəd Türkiyə
Böyük Millət Məclisində təmsil olunmaq üçün real şansa malikdirlər.
AKP-nin erməni mənşəli namizədi “Yeni Şəfək” qəzetində çalışan
Markar Esayan, CHP-nin erməni namizədi Selina Özüzün Doğan,
Kürdlərin Xalq Demokratik Partiyasının namizədi Qaro Paylan. Bu
ermənilərin rəsmi statusu olandan sonra Türkiyə-Azərbaycan
münasibətlərinə zərər vuracaq addımlar atmasını indidən
proqnozlaşdırmaq mümkündür.
Təsəvvür edin ki, parlamentdə Ermənistanın əleyhinə hansısa məsələ
müzakirə olunur və kimsə çıxıb azərbaycanlıları ittiham edir. Bu
gün Ermənistanda bir türkün yaşamaq imkanı olmadığı halda,
Türkiyədə erməninin millət vəkili seçilmə şansı yaranırsa, bu o
deməkdir ki, Türkiyənin Osmanlının süqutundan lazımi dərs
çıxarmayıblar. PKK-çıların əksəriyyətinin erməni mənşəli olduğunu
bildiyimizdən erməni namizədlərinin olması təəccüb doğurmur. CHP də
milli və dini xarakterdə partiya olmadığına görə erməni simpatizanı
olmaqları gözləniləndir. Bəs İslamı referans aldığını söyləyən
AKP-yə nə düşüb ki, 5-10 min səsə görə, erməni namizəd irəli sürüb
perspektivdə Azərbaycanla münasibətlərdə problemlərin yaşanmasına
rəvac versin.
Burada yenə prinsipial davranan, dövlət çıxarlarını düşünən partiya
olaraq MHP görünür. Onlar siyahıya erməni namizədi yaın
buraxmayıblar. Hər halda Azərbaycanın siyasi partiyaları, vətəndaş
cəmiyyəti institutları Türkiyə cəmiyyətinə bu istiqamətdə
çağırışlar etməlidir ki, bu namizədlərin olduğu seçki bölgələrində
partiya tutuculuğu ilə deyil. Türkiyənin mənafeyini düşünərək addım
atsınlar. Xüsusilə də Tviter vasitəsi ilə Türkiyə auditoriyasına
çıxışı olan hər kəsin bu namizədlərə səs verməmək üçün Türk
seçicisinə çağırışlar etməsi faydalı olardı".
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi