Nida.az
Azərbaycana qarşı qarayaxma: Qərb mətbuatına hər gün yeni mövzu tələb olunur
Azərbaycan xəbərlər xidməti
Avropa Oyunlarının başlamasından hələ xeyli əvvəl Azərbaycana qarşı
qarayaxma kampaniyasına start vermiş bəzi qərb dairələri ən iyrənc
metodlardan da çəkinmir. “Bütün vasitələr məqsədə bəraət
qazandırır” prinsipindən çıxış edənlər bu kampaniyanın davamlı
olması üçün mümkün olan və olmayan bütün vasitələrə əl atırlar.
Amma həyatda hər şey tükəndiyi kimi, mövzular da azalır.
Azərbaycanda “insan hüquqlarının pozulması” barəsində əsassız
iddiaları istismar edən qərb mediası, hazırda Azərbaycana qarşı
istifadə edə biləcəyi mövzu çatışmazlığından əziyyət çəkir. Peşəkar
jurnalistikada eyni məzmunlu mövzuya 2-3 ay ərzində təkrar-təkrar
qayıtmaq ənənəsi olmasa da, Azərbaycana münasibətdə bu prinsip də
pozulur - eyni üslübda və formada yazılmış “tutuquşu” stilli
yazıların ardı-arası kəsilmir.
Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gələn qərb
jurnalistlərindən birinin özünün etiraf etdiyi kimi, artıq eyni
mövzunun təkrar-təkrar işıqlandırılması qəzetlərin oxucu
auditoriyasını da bezdirib. Qərb oxucuları dərk edirlər ki, onların
rəyini məqsədyönlü şəkildə antiazərbaycan istiqamətinə yönəltmək
üçün cəhdlər edilir.
İnsan hüquqları mövzusundakı uydurmalaların artıq nəticə
vermədiyini və Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə bu
antitəbliğat kampaniyasının tamamilə kölgədə qalacağını görən qərb
mediası, uğursuz şəkildə hər gün nəsə uydurmağa çalışır. Gəlin
sadəcə son bir neçə gündə onlar tərəfindən müraciət edilən
“tənqidi” mövzuları təhlil edək.
“Red Pepper” adlı sarı mətbuatın nümayəndəsi kimi Avropa Oyunlarını
“işıqlandırmaq” üçün Azərbaycana səfərə gələn, amma sonradan
“Platform London” adlı Britaniya mənşəli QHT-nin nümayəndəsi olduğu
aşkarlanan Emma Hyuz Azərbaycana buraxılmadı. Beynəlxalq Olimpiya
Komitəsi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq, KİV
nümayəndəsi özü haqqında yanlış məlumat verərsə, onun
akkreditasiyasına etiraz edilə bilər. Lakin bu qaydanı “unudan”
Qərb mediası dərhal “əzabkeş Emma” kampaniyasına başladı. Sözbəsöz
bir-birini təkrarlayan yazılar muncuq kimi düzüldü.
İndi isə Emma Hyuz “Amnesty İnternational”ın Azərbaycana
buraxılmaması haqqında xəbərini inkişaf etdirilməyə başlayıb. Amma
bu zaman nədənsə unudulur ki, cəmi bir neçə ay əvvəl bu təşkilatın
nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu. Özü də, rəsmi
Bakının mövqeyi ilə tanış olmaq üçün, qonaqlara dövlət qurumlarında
görüşlər də təklif olundu, amma “Amnesty” bu görüşlərdən imtina
etdi. Və indi – Avropa Oyunlarının açılışı ərəfəsi “Azərbaycana
səfər” şousu qurmaq qərəzdən başqa bir şey deyil.
İyunun 11-dən isə mövzu azlığından əziyyət çəkən qərb mediası yeni
mövzu tapdı – “Qardian” qəzetinin müxbiri Ouen Qibsonun
akkreditasiya ala bilməməsi. Öz jurnalist fəaliyyəti dövründə idman
mövzusu üzrə ixtisaslaşan Qibson, nədənsə, 2014-cü ilin dekabrından
sonra siyasi şərhçiyə çevrilməyə başlayıb. Özü də yalnız Azərbaycan
üzrə.... O ki qaldı akkreditasiyaya, bu məsələdə Azərbaycan
hakimiyyətini günahkar bilən xarici media özünə əziyyət verib heç
araşdırmır ki, bu yarışı kim keçirir və akkreditasiya məsələsinə
hansı struktur məsuldur. Qısası, “Qardian”ın akkreditasiya
məsələsinin Azərbaycan hökumətinə heç bir aidiyyatı yoxdur.
Digər tərəfdənsə, 1000-ə yaxın jurnalistin akkreditasiyadan keçdiyi
halda, bir jurnalistin bu və ya digər səbəbdən akkreditasiya ala
bilməməsi, ümumilikdə tədbirə kölgə sala bilərmi?
Əslində, ritorik sualdır, çünki səbəb aydındır - qərəz,
qarayaxma......
Nə isə, gəlin gözləyək görək bu mövzu da “çeynənəndən” sonra qərb
mediası nədən yazmağa başlayacaq…
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq