Nida.az
Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər imzalanıb
İyulun 3-də Moskva şəhərində Azərbaycan və Rusiya gömrük xidmətləri arasında bir sıra sənədlər imzalanıb.
Dövlət Gömrük Xidmətindən Publika.az-a verilən məlumata görə, sənədlərin imzalanması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı baş tutub.
Sənədlərin imzalanmasından öncə Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Sonra Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər - “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsinin mütəmadiliyi Qrafiki” imzalanıb.
Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıblar.
Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un imzalanması Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradacaqdır.
Protokol layihəsində müəyyən növ malların buraxılış məntəqələrindən keçirilməsi zamanı gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin bəzi kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri