Nida Təhlil
Paşinyan Sarkisyanı Qarabağ danışıqlarına gətirir: İrəvanda Əliyev QORXUSU
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ
danışıqlarından çəkilir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert
Stanislav Tarasov deyib.
Rusiyalı ekspert hesab edir ki, Paşinyanın Xankəndini danışıqların
tərəfi kimi təqdim etməsi onun prosesdə iştirakını məhdudlaşdırır:
“Çünki bu, Ermənistanın danışıqları pozması görüntüsü yaradır. Bu
baxımdan, onun danışıqlarda iştirak etməyəcəyi gözləniləndir”.
Tarasova görə, Paşinyan Qarabağ danışıqlarında Azərbaycan lideri
ilə masaya başqasını oturda bilər.
“Mümkündür ki, danışıqlarda Ermənistanı prezident Armen Sarkisyan
təmsil etsin. Ola bilsin ki, Paşinyan oyuna sonradan daxil olsun”,
- deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra
Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ danışıqlarını kimin
aparacağı ətrafında müzakirələr gedir. Erməni ekspertlər hesab
edirlər ki, Paşinyanın təcrübəsi ona Əliyevlə danışıq aparmağa
çətinlik yaradacaq. Armen Sarkisyanın danışıqlarda Ermənistanı
təmsil etməsi ehtimalı lap əvvəldən istisna edilmirdi. A.
Sarkisyanın danışıqlarda iştirak edəcəyi ehtimalı fonunda onun
mayın 8-də “Exo Moskva” radiosuna müsahibəsində səsləndirdiyi
“Hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. Lakin Prezident
İlham Əliyevi kifayət qədər yaxşı tanıyıram. Çox həssas məqamdır,
Qarabağda gərginliyin artacağını istisna etmək olmaz” fikirləri
yada düşür.
Asif
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi