Azərbaycanda reallaşdırılmış böyük layihələr gələcək üçün böyük stimul vəd edir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda reallaşdırılmış böyük layihələr gələcək üçün böyük stimul vəd edir - ŞƏRH

“Azərbaycanda qoyulmuş sərmayə, reallaşdırılmış böyük layihələr təkcə bu gün üçün deyil, gələcək üçün də böyük stimul vəd edir. Daha perspektivli layihələrin keçirilməsi üçün şərait yaradır”.

Bunu Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Dünya Bankının hazırladığı “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci pillədə qərarlaşması ilə bağlı danışan V.Rəhimzadə bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə dünyada öncül ölkələrdən biridir: “Bu ilin birinci rübünün hesabatı ilə bağlı Nazirlər Kabinetinin iclasında da bununla bağlı kifayət qədər fikir səsləndi. Cənab Prezidentin, daha sonra nazirlərin çıxışlarında Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı və bu göstəricilərin hansı sahələri əhatə etmələri ilə bağlı kifayət qədər məlumat verildi. Azərbaycan bu gün iqtisadi gücünə, siyasi nüfuzuna görə dünyada ən qabaqcıl ölkələrdəndir. Dünyanın heç bir ölkəsində iqtisadi inkişaf tempi bir çox hallarda müşahidə olunmadığı halda, Azərbaycanda bu proses uğurla reallaşdırılır. Ona görə də Azərbaycanda qoyulmuş sərmayə, reallaşdırılmış böyük layihələr təkcə bu gün üçün deyil, gələcək üçün də böyük stimul vəd edir. Daha perspektivli layihələrin keçirilməsi üçün şərait yaradır. Ölkəmizin belə irəlilyişi təbii bir prosesdir. Cənab Prezidentin həyata keçirdiyi siyasətin, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları və digər layihələrin nəticəsidir. İqtsadi, siyasi həyatımızda baş verən dəyişikliklərin məntiqi sonudur. Düşünürəm ki, gələcəkdə daha böyük uğurlara nail olunacaqdır. Bu gün biz Dünya Bankının hesabatında 25-ci yerdə qərar tutmuşuqsa, görülmüş regional və beynəlxalq layihələr gələcəkdə bizim daha yaxşı yerlər tutmağımıza stimul yaradacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm