Paşinyanın ABŞ səfəri ilə bağlı politoloq maraqlı məqamları açdı: Ev və dilənçilik...
Bizi izləyin

Nida Təhlil

Paşinyanın ABŞ səfəri ilə bağlı politoloq maraqlı məqamları açdı: Ev və dilənçilik...

“Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışında avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamasa da, hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Ermənistanın baş naziri Nkiol Paşinyanın ABŞ səfərini şərh edən politoloq bildirib ki, baş nazir əvvəlcə Los-Anceles merinə və bu şəhərin şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür edib: “Amerikadakı erməni diasporunun dəstəyi olmasaydı, biz Dağlıq Qarabağdakı müharibədə (Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn, dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa, uduzmaz. Paşinyan maraqlı təklif də irəli sürdü: “Xarici ölkədə yaşayan hər erməni İrəvanda ev alsın”.

Siyasi şərhçi qeyd edib ki, xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarının yatırımlarına ehtiyacı olmazdı: “Ancaq erməni diasporunun nümayəndələri hərif deyillər, Amerikada qazandığı pulları göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürməyə bilməz. Amma bir məsələdə Paşinyan haqlıdır: Azərbaycan torpaqlarının işğalında ermən diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm