Nida Təhlil
Ekspertdən dollarla bağlı VACİB AÇIQLAMA
"Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır”.
Publika.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edib.
İqtisadçı ekspert bildirib ki, banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır:

“Vətəndaşların banklardakı depozitləri bu ilin apel ayıdan bəri ən aşağı həddə düşüb. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır. Bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb. Həmin ay banklarda 8 milyard 715 milyon manat əmanət saxlanılırdı. Banklar iyul ayına 8 milyard 736 milyon manat, iyuna isə 8 milyard 622 milyon manat əmanətlə daxil olmuşdular”.
Ekspert qeyd edib ki, aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollarla kreditləri 20 faizə təklif etsələr belə, dollar ilə depozitlərə 1 faizdən az dividend ödəyirlər: “Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0,1 faiz, 2 illik üçün 0,3 faiz, 3 illik üçün isə 0,5 faiz ödəyirlər. Bu o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar dividend alır. Aylıq dividend gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2,5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir. Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir. Qeyd edək ki, son 1 ildə manat üzrə dividend faizləri də orta hesabla, 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var”.
Zümrüd
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi












.jpg)
























.jpg)

