Nida Təhlil
Sabitlik demokratik seçkilərin keçirilməsinə şərait yaradır - Şərh
“Dairə və məntəqə komissiyaları öz işlərini elə qurmalıdır ki, beynəlxalq müşahidəçilərə mənfi rəy verməyə səbəb olmasın”.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı səsləndirib.

Qərargah rəhbəri Azərbaycanda seçkiöncəsi vəziyyətin stabil olduğunu bildirib: “Seçkiöncəsi vəziyyəti müşahidə etmək üçün apardığımız monitorinqə əsasən demək olar ki, sabitlik hökm sürür. Bu sabitlik demokratik seçkilərin keçirilməsinə şərait yaradır. ATƏT nümayəndələri ilə keçirdiyim görüşdə bunu xarici müşahidəçilər də qeyd etdi. Bu cür mühitdə demokratik seçki keçirmək mümkündür. Hazırda namizədlərin kampaniyasının təşkili prosesindəyik. Seçki fəallığını isə 9 fevralda aparacağımız monitorinqin nəticələri əsasında təyin edəcəyik və mediaya bu barədə bildirəcəyik”.
M.Zülfüqarlı builki seçkilərdə qeydiyyatdan keçən namizədlərin sayının çoxluğunu bir sıra səbəblərlə əlaqələndirib: “MSK bu il daha məhsuldar fəaliyyət sərgilədi. Bəzi dairə komissiyalarının qərarları ləğv olunub. Deməli, həmin komissiyaların tərkibinə yenidən baxmaq lazımdır ki, gələcəkdə qanun pozuntularına yol verilməsin. Əksər vaxt regionlarda oluram. Bələdiyyə seçkilərindəki müşahidələrimə əsasən deyə bilərəm ki, vətəndaşlar seçkilərə daha fəal yanaşır. Namizədlərin görüşlərində iştirak edirlər. Sosial şəbəkələrdə həm seçicilərin, həm də namizədlərin fəallığı hiss olunur. Hələ vaxta var, yəqin ki, seçki gününə qədər biz yeniliklərin şahidi olacağıq”.
Efir vaxtının baha olmasından söz açan qərargah rəisi sözlərinə belə davam edib: “Təşviqat kampaniyası əsasən sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində həyata keçirilir. Efir vaxtı baha olduğu üçün namizədlər demək olar ki, telekanallardan istifadə edə bilmirlər. Saniyəsi 20 manatdan 60 manata qədər olan efir vaxtları var. Zənnimcə, gələcəkdə bu qiymətlərə yenidən baxmaq lazımdır ki, namizədlər bundan istifadə edə bilsin”.
Məhərrəm Zülfüqarlı namizədlərin əksəriyyətinin təşviqat kampaniya metodlarını düzgün təşkil etdiyini deyib: “Təşviqat kampaniyası çərçivəsində namizədlərin seçicilərin görüşünə getməsi, qapılarını döyməsi, onları öz platformaları ilə tanış etməsi daha məqsədəuyğundur. Qapalı və açıq yerlərdə görüşlərin keçirilməsini də müsbət qiymətləndirirəm”.
Qərargah rəhbəri dairə və məntəqə komissiyalarının işinin düzgün aparılmasının mahiyyətindən danışıb: “Məntəqə və dairə komissiyaları öz işlərini elə qurmalıdır ki, beynəlxalq müşahidəçilərə mənfi rəy verməyə səbəb tapılmasın. ATƏT-in 26 beynəlxalq müşahidəçisi artıq regionlardadır. Beynəlxalq müşahidəçilər orada mühiti izləyir, namizədlər və seçicilərlə görüşlər keçirirlər. Müşahidənin çox aparılması seçkinin daha demokratik keçirilməsinə təkan verəcək. MSK onsuz da bu işi yüksək səviyyədə qurub”.
M.Zülfüqarlı seçkilərə qatılmış namizədlərin imkanlarından ehtiyat kadr bankı kimi istifadənin səmərəliliyini belə izah edib: “Hər bir şəxsin fəaliyyəti göz önündə olmalıdır. Yəni, fəal və işgüzar insan həyatda öz yerini tapa bilir”.
Məhərrəm Əliyev
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO










.jpg)


.jpg)










.jpg)



.jpg)









