Nida Təhlil
Ermənistan vətəndaşlarını "qurban vermə siyasəti" aparır - Şərh
"Pandemiyanın inkişaf etdiyi bir dövrdə bu cür tədbirlərin keçirilməsi əlbəttə ki, insanların təhlükəsizliyini gözə almadan onları qurban vermə siyasəti daşıyır".
Bunu Publika.az-a açıqlamasında işğal edilmiş Azərbaycan torpaqlarında keçirilən "seçkilər"i təhlil edən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, 31 mart tarixində keçirilən "seçkilər" saxta və əsassızdır: "Bu məsələdə bir siyasətçi və ya ekspert kimi yox, həm də Azərbaycan vətəndaşı kimi başqa yanaşma sərgiləyə bilmərəm. Problem bundadır ki, qondarma rejim və ya onun havadarları tez-tez Dağlıq Qarabağda yaşayan insanların təhlükəsizliyi ilə bağlı bəyanatlar açıqlayır. Ancaq "seçkilər" şousu onu göstərdi ki, bütün bu bəyanatlar, fikirlər hamısı boşdur. Çünki indi ən təhlükəli vaxtdır. COVID-19 pandemiyası dünyanı cənginə alıb. Belə vəziyyətdə bir çox ölkələr müəyyən tədbirlər görür. Seçkilər və ya müxtəlif izdihamlı tədbirlərin təxirə salınması ilə bağlı qərar çıxarır.
Pandemiyanın inkişaf etdiyi bir dövrdə bu cür tədbirlərin keçirilməsi əlbəttə ki, insanların təhlükəsizliyini gözə almadan, onları "qurban vermə siyasəti" daşıyır. Orada yaşayan erməni xalqına təhlükə hazırda öz hakimiyyətləri tərəfindən gəlir. Qondarma "seçkilər" bunun bariz nümunəsidir. Yeri gəlmişkən, Dağlıq Qarabağda yaşayan ermənilər səhiyyənin bərbad olması ilə bağlı etiraz edir, nümayiş keçirirlər. Bunu onların kütləvi informasiya vasitələri də yazır".
Məhərrəm Əliyev
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu