Nida Təhlil
Ermənilərin “New York Times” kimi nüfuzlu qəzetə hücum etməsi... - Professor
Bu davranışlarla erməni diasporu heç nəyə nail ola bilməyəcək. Bütün dünyanın qəbul etdiyi qaydalar var. Medianın vəzifələri hadisələri doğru-düzgün xəbərləməkdir. Ermənilər illərdir özlərini hər yerdə, Rusiyada da, Qarabağda da həddən artıq ərköyün aparırdı. Amma indi biz bunun nəticələrini görürük, çanaq öz başlarında çatladı.
Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun professoru, tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib.
Professor bildirib ki, ermənilərin Fransada TF1 kanalına təzyiqləri, “Euronews”un əməkdaşlarını mühasirəyə alıb “Ermənilərin tərəfini tutun” kimi çağırışlar etməsi, eləcə də “New York Times” qəzetinə hücumları düşünə bilən insanlar üçün çox ciddi mesajlar verir: “Nəticə onu göstərir ki, bu gün Azərbaycanın başına gətirilən müsibətlər erməni separatizminin, təcavüzkar millətçiliyin vurduğu ziyanlar, törətdiyi qanlı hadisələr nə vaxtsa Avropada və Amerikada da tüğyan edə bilər. Odur ki, ermənilərin bu addımı özlərinin mahiyyətini ifşa etməkdən başqa bir şey deyil. Amerikada yaşayan ermənilərin “New York Times” kimi nüfuzlu qəzetə hücum etməsi hər halda Amerika cəmiyyətini düşündürməlidir. Bunlar guya Amerika vətəndaşıdır... Bəs necə olur ki, Amerika cəmiyyətində yaşayasan və onun dəyər və prinsiplərini həzm edə bilməyəsən? Bu, çox zərərli addımdır və ermənilər bununla heç nəyə nail ola bilməyəcək”.
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR





































