Nida Təhlil
Azərbaycan nümunəvi tərəfdaşlıq platformaları yaradıb - Babaoğlu

"Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb və çətin bir regionda ümumi maraqlara xidmət edən unikal tərəfdaşlıq platformaları yarada bilib. Bu isə ölkəmizin strateji məsələlərdə rolunu daha da artırır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevrilib:
"Buna paralel olaraq, Azərbaycan yeni nəqliyyat kommunikasiyalarını yaradıb, Böyük İpək yolunun orta dəhlizi üçün Bakı-Tibilisi-Qars dəmiryolunun timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsini təmin edib. Cənub Qaz Dəhlizi ayrıca bir tarixi hadisə olmaqla, 21-ci əsrin müqaviləsi hesab edilir. Bütün bunlar yalnız enerji sahəsində Azərbaycanın yaratdığı strateji reallıqlardır. Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni reallıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb".
Deputat vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən benəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, aqressiya və təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib:
"Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi qobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib, hətta mövzu ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə nail olub. İnklüzivlik, bərabərlik, COVID-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Eyni zamanda, ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin daima diqqət mərkəzində olmasını və təqdir edilməsini şərtləndirib. Ona görə də 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həllini tapmasında ölkə başçısının rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlətimiz adına hər birimizdə qürur yaradır".
Tural Turan

-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı