Nida Təhlil
Deputat: “Şuşa Bəyannaməsi bütün narahatlıqlara son qoydu”
Şuşa Bəyannaməsi tarixi sənəddir. Əminliklə demək olar ki, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü artıq Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığının tərkib hissəsidir. Bu günə kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bizi sınağa çəkmək istəyirdi, üzünə şillə dəyən kimi anasının yanına qaçan yaramaz uşaq təsiri bağışlayırdı. Bu, ölkəmiz üçün həm də psixoloji təsir mexanizmi idi. Cəmiyyətdə haqlı olaraq fikir formalaşmışdı ki, biz nəyə görə Türkiyə ilə belə bir hərbi saziş imzalamırıq? Hər şeyin zamanı var imiş və o, yetişdi.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsi bütün narahatlıqlara son qoydu:
“Bu ittifaq həqiqətən də unikaldır. Maraqlı məqam ondan ibarətdir ki, bu, heç də Rusiyaya qarşı atılmış addım deyil. Türkiyə Prezidenti Rusiya Prezidentinin də tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin sonlanmasındakı rolunu yüksək qiymətləndirdi. Türkiyə, Rusiya və Azərbaycan arasında bir anlaşma var və bu, Cənubi Zəngəzur nəqliyyat dəhlizinin açılmasına təkan verir. Maraqlı məqam budur ki, Ermənistana bu məsələdə salam verən yoxdur. Dəhlizin açılması adı çəkilən üç dövlətin preroqatividir və Ermənistana “özünü yaxşı aparsan, sən də xeyir götürəcəksən” deyilir.
Şuşa Bəyannaməsini yüksək qiymətləndirirəm və bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edirəm!”
Aytən Məftun
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi












.jpg)





.jpg)














.jpg)


