Nida Təhlil
İlham Əliyev təyyarədə mənə dedi ki... - Saakaşvili
Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" siyasi tok-şousunun iştirakçısı olan Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təyyarədə baş tutan söhbətini xatırladıb.
Gürcüstanın keçmiş prezidenti, indi Ukrayna siyasətində olan Saakaşvili deyir:
“Mən İlhamla (İlham Əliyev - red.) onun təyyarəsində Strasburqdan uçdum. Avropa Şurasında birgə çıxış etmişdik. Təyyarə Qara dəniz sahili üzərində uçdu. Mən ondan Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etdim. Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə illik sual. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...”
Söhbət təbii ki, Qarabağ və Abxaziyadan gedir. Saakaşvilidən fərqli olaraq, Əliyev, Gürcüstandan fərqli olaraq, Azərbaycan nəticə əldə etdi, qazandı. Ona görə yox ki, Abxaziya məsələsində tərəf Rusiya, Qarabağ məsələsində tərəf Ermənistandır (Rusiya hər iki məsələdə, MDB-dəki bütün münaqişələrdə tərəfdir), ona görə ki, Saakaşvili Qərbə inandı, ona görə ki, Əliyev daha ağıllı idi və Qərbin bəyanatlardan başqa heç nə verməyəcəyini bilirdi, Gürcüstanın beş günlük müharibəsi, Ukraynanın yaşadıqları bunun ən bariz nümunəsidir.
Əliyev nə etdi?
- Qarabağ münaqişəsini onu yaradanın – Rusiyanın əli ilə həll etdi, hətta bu gün ermənilərin yaşadığı ərazilərlə bağlı məsələ açıq qalsa belə, münaqişənin bitdiyi məsələsində Moskva Bakı ilə razılaşır;
- Türkiyəni bölgəyə gətirməklə Rusiyanın qarşısında alternativ yaratdı;
- Və Şuşa Bəyannaməsinə imza atmaqla bölgədəki bütün oyunçuları “ofsayta” saldı;
Əliyevin təyyarədə Saakaşviliyə dedikləri çox şeyi ifadə edir.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































