İlham Əliyev Kəlbəcər və Laçından bütün dünyaya ELAN ETDİ Kİ... - Millət vəkili DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev Kəlbəcər və Laçından bütün dünyaya ELAN ETDİ Kİ... - Millət vəkili DETALLARI AÇDI

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hazırkı təhlükəli durumda ermənilərin hər gün təxribat törətdiyi bir bölgəyə - Kəlbəcər və Laçına səfər etməsinin böyük əhəmiyyəti var.

Bunu Publika.az-a millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, dövlət başçısı Kəlbəcər və Laçından xalqımıza, düşmənə, onun havadarlarına və bütün dünya mesajlar verdi:

“Ölkə başçısı düşmənə mesaj verir ki, biz torpaqlarımızı işğaldan azad etmişik, torpaqlarımızın hər qarışı bizim üçün əziz və doğmadır, bu ərazilərin sahibiyik. Bütün təxribatların qarşısını alacağıq, təhlükələri sovuşduracağıq. Əsgərlərimiz, bütün xalqımız bu səfərləri böyük ruh yüksəkliyi ilə izləyir. Həm də hərbçilərimizə, vətəndaşlarımıza bir mesajdır ki, burada bizim övladlarımız torpaqlarımızda xidmət edirlər, sərhədlərimizi qoruyurlar. Heç də bizim həyatımız onların həyatından baha deyil və biz özümüzü onlardan üstün tutmuruq, onlardan fərqləndirmirik. Biz də təhlükə olan yerə gəlirik. Əsgər görür ki, onun Ali Baş Komandanı onun yanındadır. Cənab Prezident hərbi hissələrə də səfər etdi, İstisuya getdi, yol infrastrukturlarının əsası qoyuldu, tunellər inşa edilir. Bunlar çox əhəmiyyətlidir. Sovet dövründə ölkə rəhbərlərinin o bölgələrə bu cür təhlükə vəziyyətdə heç getməmişdilər, cənab Prezident müstəqillik dövrümüzdə bu cür səfər etdi və bu, bir ilkdir. Laçın Beynəlxalq Hava Limanının, bir sıra mühüm əhəmiyyət kəsb edən obyektlərin təməlqoyma mərasimləri oldu. Kəlbəcərdə Azərbaycan bayrağı ucaldıldı və bu, bizim hər birimiz üçün nümunə olmalıdır”.

Deputat qeyd edib ki, Prezidentin səfəri hər birimizə böyük ruh yüksəkliyi, qürur, düşmənə isə gözdağı verir: “Yəni dövlət başçısı mən gəlmişəm, buradayam deyir. Mesaj verir ki, Kəlbəcər və Laçın ən yüksək səviyyədə qurulacaq. Ömər aşırımında - 3 min metrdən çox yüksəklikdə cənab Prezidentin heç bir təhlükəyə baxmayaraq keçib getməsi və bunların hamısı dövlət başçısının bütün sahələrdə göstərdiyi nümunələr, verdiyi mesajlardır. Bu səfəri, oradan verilən mesajları bütün dünya izləyir. Xüsusilə də düşmənlərimiz və onların havadarları diqqətlə izləyirlər. Bu səfərlər onların bütün ümidlərinin puça çıxmasıdır.

Dövlət başçısı Kəlbəcərdə qeyd etdi ki, vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 90-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən onlar bizim şəhər və kəndləri dağıdıblar, 2020-ci ildə də biz onları buradan qovanda da ağacları kəsib yandırıb, binaları dağıdıblar. Cənab Prezident dağıntıları göstərdi. Hər yeri yıxıb, dağıdıblar. Onlar 30 ilə yaxın idi ki, orada idilər. Əgər bu torpaqlar sizə məxsus idisə, nə üçün tikib, qurub, yaratmırdınız? Ancaq siz dağıntı, vandalizm, viran qoymaqla məşğulsunuz. Nə bu torpaqlar, nə də ki, indi Ermənistan dövləti deyib yaşadığınız torpaq sizə aid deyil. Siz gəlməsiniz, o ərazilər də bizimkidir. İndi biz tikirik, biz yaradırıq. Ermənilər dağıdıcı, vəhşi və vandaldırlar. Biz isə yaradıcı, qurucu, sülhün və əmin-amanlığın tərəfdarıyıq. Ermənilər isə müharibənin, işğalın və soyqırımı törətməyin tərəfdarıdır. Bu nümunələri xalqımız, bütün dünya izləyir2.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm