Nida Təhlil
İran, yoxsa ABŞ qalib gəldi? – Azərbaycana baxın
Müharibənin qalibi İrandırmı?
Azərbaycanda da geniş müzakirələrə səbəb olan bu sualın cavabı birmənalı deyil.
İranın əldə etdiyi yeganə nəticə rejimin “sağ qalması”dır. Hörmüz boğazı üzərində nəzarət məsələsi müəmmalıdır və perspektivdə buna nail olacağı ehtimalı zəifdir (bu haqda yazmışdıq: Hörmüzdə strateji oyun: İran əsas rıçağını saxlaya biləcəkmi?). Hörmüzə nəzarət cəhdi təkcə Tehrana qarşı geniş koalisiyanın yaranmasına yox, həm də alternativ axtarışları ilə boğazın strateji əhəmiyyətinin azalmasına da səbəb ola bilər.
İranın “qazandıqları” ilə itkilərinin müqayisəsi müharibə ilə bağlı reallığı önə çıxarır.
- Ölkənin hərbi potensialı böyük ölçüdə məhv edilib: hava hücumundan müdafiə sistemlərinin 80 faizdən, hərbi donanmasının 90 faizdən çoxu artıq yoxdur; hərbi bazalar, silah anbarları, kosmik, neft-kimya, müdafiə sənayesi böyük itkilərə məruz qalıb; İranın hava məkanı müdafiəsiz vəziyyətə düşüb;
- Hərbi-siyasi elita sıradan çıxarılıb (300-ə yaxın rəhbər şəxsin öldürüldüyü haqda məlumatlar var);
- İran iqtisadiyyatı 140 milyard dollardan çox itkilərə məruz qalıb;
- Müharibə nəticəsində nüvə proqramının 8-15 il geri düşdüyü qiymətləndirilir;
İtkilərin müqayisəsində ABŞ və İsraili müharibənin qalibi hesab etmək olar, hərçənd, yarımçıq qələbədir. Çünki İranda əsas hədəfə - rejimin dəyişdirilməsinə nail ola bilmədilər. Və bu, ABŞ üçün qlobal nüfuz itkisidir.
Atəşkəs və diplomatik danışıqlar mərhələsi hər iki tərəfə itkilərini kompensiyasiya etmək - İran danışıqlarda ən azı Hörmüz boğazına nəzarət və nüvə proqramı tələblərinə nail olarsa, yaxud, ABŞ tələblərini qəbul etdirərsə - imkanı yarada bilər. Ki, prosesin tərəflərdən biri üçün bu istiqamətdə davam edəcəyi ehtimalları zəifdir. Və tərəflərin tələblərinə, eləcə də mövqelərinə baxdıqda müharibənin hər an yenidən başlayacağı riski aktual olaraq qalır.
Bütün bunlar ABŞ-İran müharibəsində hər iki tərəfin qələbə şüarlarının təbliğat olduğunu deməyə əsas verir.
“Kim qalib gəlib” müzakirələrində hər iki tərəfin tərəfdarlarının “qələbə necə olur” sualı ilə mövqelərini arqumentləşdirməyə çalışması real nümunəyə diqqət çəkmək zərurəti yaradır.
“Qələbə necə olur” sualının real cavabı Azərbaycan nümunəsində öz əksini tapır.
2020-ci il Vətən müharibəsində Azərbaycan ordusu cəmi 44 gün ərzində ərazi bütövlüyünü, 2023-cü il 20 sentyabrında isə 24 saatdan az müddət ərzində suverenliyini bərpa etdi. 44 günlük müharibədən sonra başlanan, anti-terror əməliyyatından sonra real müstəviyə keçən sülh danışıqları da Azərbaycanın tələblərinin tam qəbul edilməsi ilə yekunlaşdı. Qalib nümunəsi budur: müharibənin və diplomatik danışıqların qələbə ilə yekunlaşması;
II Dünya müharibəsindən sonrakı dövrə nəzər saldıqda Azərbaycan nümunəsi yeganədir.
- Vyetnam və Əfqanıstan müharibələri;
- Əsrin əvvəlində İraq müharibəsi;
- 2010-cu ildə “ərəb baharı” ilə başlanan Yaxın Şərq müharibəsi;
- 2022-ci ildə başlanan Rusiya-Ukrayna müharibəsi;
- Və ABŞ-İran müharibəsi;
Bu müharibələrdə məqsədlər fərqli olsa da, hədəflərə çatmaq və qarşı tərəfi təslim olmağa məcbur etmək prinsipinə nail olunmayıb. Bu zaman periodunda qələbə məntiqini reallaşdıran yalnız Azərbaycandır.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






