Nida Təhlil
ABŞ İrana qarşı yeni müharibə strategiyası seçdi - Tehran dözə biləcək?
Nəticəsiz yekunlaşan İslamabad görüşü maksimalist tələblərlə çıxış edən ABŞ və İran üçün razılaşma yox, növbəti mərhələyə keçid imkanı qazanmaq məqsədi daşıyırdı.
- Hər iki tərəf “sülhü tərəfdarı” olduğunu və anlaşılmazlığın günahkarının digər tərəf olduğunu nümayiş etdirdi;
- Danışıqları müharibə meydanında qələbəsinin nəticəsi kimi təqdim edən İran masada da üstünlük qazanmaq üçün mövqeyini qətiləşdirdi;
- ABŞ üçün bu görüş növbəti addımlarına – müxtəlif istiqamətlərdə təzyiq siyasətinə haqq qazandırmaq, hərbi müstəvidə mümkün yeni əməliyyatlarını legitimləşdirmək üçün lazımlı idi;
Bundan sonra nə baş verə bilər?
Nəticənin əldə edilməməsi ABŞ-ın yarımçıq saxladığı hücumlarını bərpa edəcəyi təhlükəsini aktuallaşdırdı. Lakin hərbi əməliyyatlar sərfəli görünmür: hava hücumları ilə rejimin təslim olması ideyası artıq iflasa uğrayıb;
Trampın “lazım olan vaxt İranın az qalan hissəsini də məhv edəcəyik” bəyanatı da o deməkdir ki, ABŞ ən azı yaxın perspektivdə genişmiqyaslı hücumları bərpa etmək istəmir. Əvəzində təzyiq taktikasından istifadə edəcək.
1. Yenidən hücum ritorikası bu rıçaqlardan biridir və istisna deyil ki, İranın danışıqlarla bağlı mövqeyini dəyişdirmək məqsədilə zaman-zaman müəyyən hədəflərin vurulması da baş verə bilər.
2. İrana qarşı iqtisadi mühasirədən istifadə oluna, gəlir mənbələrinin kəsilməsi üçün ticarət əlaqəsi olan ölkələrə təzyiqlər edilə bilər;
3. Hörmüz boğazının blokadaya alınması ABŞ-ın təzyiq taktikasında ilk və effektiv ola biləcək addımıdır;
Bu kontekstdə İslamabad görüşündən sonra “diplomatik müharibə” strategiyasından istifadə ediləcəyi, masada üstün gəlmək, digər tərəfi təslim etmək mübarizəsinin başlandığını demək mümkündür. Bu mübarizədə İranın nə qədər duruş gətirə biləcəyindən çox şey asılı olacaq.
Asif Nərimanlı
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO













.jpg)

















.jpg)




