Nida Təhlil
Ərdoğanın təklifi gələcək üçün keçərlidir – Rus politoloq
Hazırda BMT TŞ-də veto hüququna sahib olan ölkələrin sayının artırılmasına təcili ehtiyac yoxdur.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı analitik, tarix elmləri namizədi Andrey Sızranov BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.
Mütəxəssisin fikrincə, BMT Təhlükəsizlik Şurasının mövcud konfiqurasiyası kifayət qədər işləkdir: “BMT Təhlükəsizlik Şurası bəzi nümunələri istisna etməklə, öz effektivliyini dəfələrlə sübut edib. Ancaq perspektivə baxsaq, yaxın gələcəkdə yeni üzvlərin bu siyahıya daxil ediləcəyi şübhə doğurmur”.
Ekspertin sözlərinə görə, Ərdoğanın açıqlaması bu məsələyə yeni bir zəmin gətirsə də, bu təklif daha öncə Yaponiya, Almaniya və başqaları tərəfindən də irəli sürülüb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu bildirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu