Nida Təhlil
"Gürcü arzusu"nda kütləvi istefalar: BƏYANAT
Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasını tərk edən Sozar Subari, Dimitri Xundadze və Mixeil Kavelaşvili bu qərarla bağlı bəyanat yayıblar.
Publika.az xəbər verir ki, gürcü siyasətçilər bu qərarı ölkəni müəyyən təhdidlərdən xilas etmək üçün verdiklərini bildirblər.
Bəyanata əsasən, onların bir çox mövzularda açıq danışmaları hakim partiya rəhbərliyinə narahatlıq yaradacaq, buna görə də partiyanı, fraksiyanı və deputat mövqelərini tərk edib müstəqil fəaliyyət göstərəcəklər:
"Əsas məqsədimiz Gürcüstanı iğtişaşlara, müharibəyə və Rusiyanın hərbi işğalına aparacaq ssenaridən yan keçirmək və qarşısını almaqdır. Gürcüstan yeni iğtişaşlara və müharibəyə tab gətirə bilməyəcək. Ona görə də biz ölkəmizə, xalqımıza borclu olduğumuz yüksək məsuliyyətlə hərəkət etməliyik. Bundan əlavə, məqsədimiz Gürcüstanın Avropaya inteqrasiyasına süni maneələr yaratmaq məqsədi daşıyan planın həyata keçirilməsinin qarşısını almaqdır. Əgər cəmiyyət lazımi həqiqətlə təchiz olunmasa, o, iğtişaşlar və müharibə ssenarisinin bir hissəsinə çevriləcək ki, bu da Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını əbədi olaraq qeyri-mümkün edəcək. Biz cəmiyyəti həqiqətlə təchiz etməliyik ki, o, Gürcüstanın Avropa gələcəyinin qarantı olsun. Biz başa düşürük ki, bizim tərəfimizdən müəyyən mövzularda ictimaiyyət qarşısında çıxış etmək "Gürcü Arzusu" komandasına narahatlıq yaradacaq. Ona görə də biz partiyanı, fraksiyanı, deputat mövqelərini tərk edib müstəqil fəaliyyət göstərməliyik. Bununla belə, biz “Gürcü Arzusu”nun tərəfdarı olaraq qalırıq və ölkənin və xalqın rifahı üçün bütün məsələlərdə komandaya kömək edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ötən gün "Gürcü Arzusu"nun 3 millət vəkili - Sozar Subari, Dimitri Xundadze və Mixeil Kavelaşvili hakim partiyanı, fraksiyanı və parlament mandatını tərk ediblər.
Tural Turan
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı