Nida Təhlil
Kremlin Vardanyan PLANI: Bakının qarşısındakı 3 hədəf hansıdır? - DETALLAR

“Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar. Qarabağ separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. Bu separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onun imkanı olsa Qarabağı da tərk edər”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, böyük ehtimalla Araik Arutunyanın yerini Ruben Vardanyan tutacaq:
“Bu Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına, hər şey plan üzrə gedərsə Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi”.
Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi?
Politoloq düşünür ki, Vardanyan Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik:
“Misal üçün, Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb ilk növbədə Qarabağ separatçılarını tərksilah etməliyik. Eyni zamanda, Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməyə çalışmalıyıq. Bundan başqa, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik”.
Tural Turan

-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU