Nida Təhlil
Bu səfər bölgədə cərəyan edən son hadisələr fonunda əhəmiyyətlidir - Deputat
"Prezident İlham Əliyevin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və hazırda buna ciddi ehtiyac var".
Publika.az xəbər verir ki, bu sözlər millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Bu gün Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir:
Dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlət bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. BƏƏ həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Hazırkı səfər həm geniş siyasi məsləhətləşmələr aparılması, həm də yeni sərmayələrin cəlbi edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki,o səfərin çox ciddi nəticələri olacaq".

C.Məmmədov bildirib ki, bu gün bölgədə ən çox diqqətlə izlənən məsələlərdən biri də İranda cərəyan edən hadisələrdir:
"İran özünün həyata keçirdiyi qeyri-dost siyasəti nəticəsində Azərbaycanla olduğu kimi, BƏƏ ilə də müəyyən problemlər yaşayır və İranın siyasəti bölgə dövlətlərini bu baxımdan da ciddi narahat edir.
Son dövrlər İsrail-Türkiyə münasibətlərinin normallaşması fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Son illər BƏƏ də İsraillə münasibətlərin normallaşması məqsədilə bir sıra mühüm addımlar atıb. Bütün bu tendensiyalar bölgədə təhlükəsizliyi təmin etmək üçün yeni imkanlar yaradır. Bölgənin gələcəyini düşünən dövlətlərin bir yolu var, o da sıx əməkdaşlıq. Prezident İlham Əliyevin nümunəsində Azərbaycan bunu uğurla icra edir".
Akqabay
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




