Nida Təhlil
Dövləti şantaj edənlərin anti-Azərbaycan şəbəkəsinə xidməti...
Bir neçə QHT rəhbərinin Prezient Administrasiyasının önündə etiraza çıxması əslində çuğulluq etmək idi. Xeyr, burada söhbət QHT sektorunda olan hansısa problemdən yox, ora çıxanların irəli sürdükləri iddiaların Azərbaycanla bağlı qarayaxma kampaniyasına “əsas” yaratmasıdır.
“Biz Şuşa-Xankəndi yolunda olan adamlarıq” deyir və buna görə “üzümüzə qapılar açıq olmalıdır”, “bizə pul verilməlidir” kimi tələblər irəli sürürlər.
Bu iddia Azərbaycanın Qarabağda suverenliyinin bərpa edilməsi istiqamətində apardığı siyasətə qarşı kifayət qədər təhlükəlidir. Və QHT-çilərin iddiasının xarici mediada, eləcə də Ermənistanda necə təqdim edildiyinə, hansı təbliğata əsas yaratdığına baxdıqda bunu aydın görmək olur.
“Azərbaycanda Laçın dəhlizini bağlayan “ekofəallar” onlara verilməli olan ödənişi almadıqlarına görə nümayiş keçiriblər”. İsveçli jurnalist Rasmus Kanbek belə yazır, onun yazdıqlarını Ermənistan mediası və anti-Azərbaycan şəbəkəsi tirajlayır.
Bunun nə demək olduğunu “mən Şuşa-Xankəndi yolunda can qoymuşam” tələbi ilə PA-nın önünə çıxan “qhtşniklər”in anladığını demək çətindir, lakin onların anti-Azərbaycan şəbəkələrinin, xüsusilə ermənilərin “əlinə oynadığı” gerçəyi də ortadadır.
Şuşa-Laçın yolunda keçirilən aksiya suverenliyimizin bərpası uğrunda xalq-dövlət birliyinin atdığı ən böyük addımlardan idi və bu addımın sonda Laçın yoluna postun qurulması ilə nəticələnməsi Qarabağ üçün apardığımız 30 illik mübarizənin əsas nöqtələrindən biri hesab edilə bilər. Yadımdadır, bu aksiyaya qoşulmaq üçün insanlar necə can atırdılar. Hər bir azərbaycanlı bu tarixi prosesdə yer almaq istəyirdi, hətta aksiyaya qoşula bilməyənlər arasında inciyənlər də olurdu. Bu mənzərəyə baxdıqda o tarixi aksiyada iştirak edənlərin xoşbəxt insanlar olduğunu görmək olur, bu gün ətrafımızda “mən Laçın yolundakı aksiyada iştirak etmişəm” deyib qürrələnən insanlarımız var.
“Biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” iddiası – ki, bunun doğru olub-olmadığı da sual altındadır - ilə etiraza çıxan “qhtşniklərin” bu xoşbəxtliyi kapitala çevirmək, dövləti bununla şantaj etmək istəkləri isə yumşaq desək, ikrah doğurur. Və cəmiyyətdə onlara xitabən haqlı etiraz yaradır:
- Siz hansı haqla Laçın yolunda gecə-gündüz növbə çəkən Azərbaycan xalqının əməyini özünüzün kiçik oyunlarınıza alət edirsiniz?!
- Vətən müharibəsində hərbi və diplomatik cəbhədə döyüşən, bu xalqın 200 illik məğlubiyyət tarixini qələbəyə çevirən Ali Baş Komandan İlham Əliyevdən çoxmu xidmət etmisiniz?!
- Siz Qarabağ uğrunda döyüşən, şəhid olan, qazi olan, bu gün də suvrenliyimiz uğrunda xidmət edən Azərbaycan əsgərindən çoxmu iş görmüsünüz?!
- Şuşa-Xankəndi yolunda aksiyada iştirak edmək sizə dövləti şantaj etmək haqqı verirmi?!
“Vətəni rüsvay etmək ona xəyanət etmək deməkdir”.
“Biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” iddiası ilə qrant davası aparanlar Vətəni rüsvay edirlər. Ermənistanda və Ermənistandan Avropaya qədər uzanan coğrafiyada bu aksiyadan Azərbaycana qarşı necə istifadə olunduğuna nəzər yetirəndə bir qrup “qhtşnikin” bu ölkəyə, onun haqlı mübarizəsinə hansı zərbəni vurduqlarını görmək çətin deyil.
İsveçli jurnalistin yazdığı və ermənilər də daxil olmaqla anti-Azərbaycan şəbəkəsinin tirajladığı “Azərbaycanda Laçın dəhlizini bağlayan “ekofəallar” onlara verilməli olan ödənişi almadıqlarına görə nümayiş keçiriblər” sözləri bir cümləlik tvit yox, Laçın yolundakı aksiya üzərindən bizə qarşı beynəlxalq səviyyədə aparılan kampaniyanın tərkib hissəsidir.
Aksiya başlayanda Ermənistan və havadarları “bu aksiyanı Azərbaycan hökuməti təşkil edir, aksiya iştirakçıları pulla ora gətirilib” iddiasını beynəlxalq səviyyədə tirajlamağa başladılar. Məqsəd beynəlxalq təzyiqə nail olmaq və Prezident İlham Əliyevin suverenliyimiz uğrunda apardığı mübarizənin önünü kəsmək idi. Hətta erməni lobbisinin dəstəyi ilə məsələni Beynəlxalq Haqa Məhkəməsinə qədər çıxartdılar. Nəticə əldə edə bilmədilər, lakin hələ də Laçın postunun ləğv edilməsi istiqamətində çalışırlar. Ermənistan bu siyasəti dövlət səviyyəsində aparır, Nikol Paşinyanın Moskva görüşündə çıxışı da bu yöndə idi, eyni zamanda, erməni diasporu/lobbisinin gecə-gündüz bu istiqamətdə işləyir.
Azərbaycan xalqı və dövləti suverenliyimizə qarşı təhdidlərlə mübarizə apardığı vaxt bir qrup “qhtşnik” çıxıb “biz Şuşa-Xankəndi yolunda can qoymuşuq” iddiası ilə pul davası edir və hazırki hədəfi Laçın postunun ləğv edilməsi olan anti-Azərbaycan qüvvələrinin “əlinə oynayır”, onların “Laçın dəhlizində aksiyanı Azərbaycan hökuməti təşkil edib, iştirakçılar pul qarşılığında ora gətirilib” iddiasına “aqrument” verir.
Bu mənzərə bir qrup QHT rəhbərinin etdiklərinin əslində Azərbaycan dövlətinin, Azərbaycan xalqının müqəddəs mübarizəsinə qarşı ikrah doğuran addım olduğunu deməyə əsas verir.
Axı siz nəyin davasını aparırsınız?
Etiraz edənlər deyir ki, qrant layihəsinin məbləği azalıb. Söhbət 1000 manatdan gedir. Misal üçün, əvvəl ayrılan qrantın məbləği 10 min manat idisə, indi 9 min manat olub, yaxud 9 min manatlıq qrant 8 min manata endirilib və s. Məlumatlara görə, etiraz edən QHT-lərə son 4 ildə - 2019-cu ildən indiyə qədər 60 min manatdan çox qrant ayrılıb. İndi 1000 manatın davasını aparırlar.
Ortaya qoyduqları layihəyəyə gəlincə, bunun cəmiyyətə, dövlətə nə xeyri olduğu da müzakirə mövzusudur. Toplantı keçirmək, yaxud aşağı səviyyəli videosujetlər hazırlamaq doğrudanmı layihə həyata layihə icra etməkdir?
Burada ən vacib məqam etiraz edənlərin dəyişən reallıqları qəbul etməməsidir. Əgər əvvəlki dövrlərdə layihələrin əhəmiyyətinə, cəmiyyətə, dövlətə nə qədər xeyir verdiyinə diqqət yetirilmirdisə, indi meyarlar dəyişib, dövlət maliyyə dəstəyi ayırırsa, ortaya nəticə qoyulmasını da istəyir. Ortaya ciddi iş qoymaq istəməyənlər çıxış yolunu etirazda, dövləti şantaj etməkdə görürlər.
Bir qrupu QHT rəhbərinin etirazı və irəli sürdükləri iddialar isə onlar üçün Vətən, millət və dövlət anlayışının elə puldan ibarət olduğunu göstərir. Bu, eyni zamanda QHT sektorunda təmizləmələri də zəruri edir.
Asif
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...