Nida Təhlil
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Baş nazirinin müavini Samir Şərifov oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə S.Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə ölkəmizin Asiya və Okeaniya regionunda yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün yardım proqramlarını həyata keçirdiyini deyib.
2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələr barədə söhbət açan Baş nazirin müavini ötən müddət ərzində YAP-ın İCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini qeyd edib.
Bu baxımdan, sabah Bakıda keçiriləcək "Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu" mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının əhəmiyyətinə toxunulub.
Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.
S.Şərifov, həmçinin Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.
Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini vurğulayaraq, iki ölkə arasında cari ilin 8 avqust tarixində Vaşinqtonda sülhün bərqərar olunmasına dair tarixi razılaşmaya nail olunduğunu qeyd edib.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib






































