Nida Təhlil
Qəbələ Zirvəsi şok effekti yaratdı – Bakıya qarşı sanksiya çağırışları
Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatarın iştirakı və liderlərin ailə fotosunda yer alması Avropa İttifaqında (Aİ) müzakirələrə səbəb olub.
Publika.az “Haberglobal”a istinadən xəbər verir ki, Yunanıstan və yunan Kipri Aİ-dən, ŞKTC-yə verilən dəstəyə görə TDT-yə üzv dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.
Yunanıstanın “Ekathimerini” nəşri Ersin Tatarın TDT liderləri ilə eyni statusda qəbul edilməsinin ŞKTC-nin de-fakto tanınması olduğunu yazıb. Nəşr qeyd edir ki, TDT-də yer alan Macarıstanın baş naziri Viktor Orbanın Ersin Tatarla yan-yana durması Aİ daxilində ŞKTC ilə bağlı fikir ayrılığını göstərir.

“Avropa İttifaqı Türkiyəyə, Azərbaycana və ya TDT-nin digər üzvlərinə qarşı siyasi və fərdi sanksiyalar tətbiq etmək haqda düşünməlidir”, - nəşr yazıb.
Məlumata görə, yunan Kipri TDT-nin Qəbələ sammiti ilə bağlı Aİ rəhbərliyinə şikayət edib.

Məsələni dəyərləndirən türkiyəli diplomat Uluç Özülker bildirib ki, yunan Kiprinin Aİ-yə üzv olması təşkilatın nizamnaməsinə uyğun deyil.
“Avropa İttifaqında dəqiq bir qayda var. Münaqişənin olduğu ölkələr ittifaqa üzv ola bilməzlər. ŞKTC məsələsində münaqişə mövcuddur, lakin məsələ türklər olduğu üçün bu qaydalara əməl edilmədi. ŞKTC məsələsindən Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə ediblər, eyni taktika bu gün də davam edir”, - türkiyəli diplomat vurğulayıb.
Asif
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO


























.webp)









.jpg)

.jpg)