Nida Təhlil
Vaşinqtonun “yalan postu”, yaxud “Vaşinqton Post” Azərbaycana niyə hücum edir?
“The Vaşinqton Post” qəzeti bir neçə gün öncə Azərbaycana qarşı klassik qərəzini yenidən səhifələrinə çıxardı. Qəzet iddia edir ki, “Azərbaycanda jurnalistlər həbs edilib, buna səbəb korrupsiya faktları haqda həqiqəti çatdırmalarıdır”. Məqaləyə diqqət etdikdə ilkin təəssürat yaranır ki, okeanın o tayında “azad söz” çarçısı olan qəzet uzaq Azərbaycanda baş verənlərdən narahatdır, amma və lakin....
Birincisi, nəşr daim iddia etdiyi jurnalist prinsiplərini pozur, iddialarını birtərəfli mənbələrə istinadən yayır, nə qarşı tərəfə, nə də məhkəmə qərarlarına istinad etmir: bu amil “Vaşinqton Post”un iddialarının həqiqəti işıqlandırmaq yox, “reket jurnalistika” yanaşması ilə Azərbaycana hücum etmək məqsədi daşıdığını isbat edir;
İkincisi, məsələ “həqiqəti çatdırmaq” yox, məhz Azərbaycanda son günlər ifşa edilən ABŞ agentura şəbəkəsinin müdafiəsinin təşkil edilməsidir: USAİD-in kuratorluğu ilə yaradılan agentura şəbəkəsinin ifşası ABŞ-da narahatlıq yaradıb və bundan narahat olan təkcə Cənubi Qafqazda təsir imkanlarını itirən Vaşinqton yox, Ağ Evə qədər sızan erməni lobbisidir, çünki bu şəbəkədən Ermənistanın maraqları naminə də istifadə olunur, xüsusilə Bakının İrəvann xeyrinə güzəştə getməsi məqsədilə;
Və aydın görünür ki, “Vaşinqton Post”un səhifələrinə çıxarılan anti-Azərbaycan ittihamları hansısa “həqiqəti” car çəkmək yox, siyasi və qrup maraqlarının ifadəsidir. Bu maraqlar qəzetin il ərzində Azərbaycanla bağlı yazılarını araşdıranda da orataya çıxır. Cari ildə məqalə və informasiya olmaqla Azərbaycan haqqında 11 material dərc olunub. Bu materiallar əsasən Ermənistanın maraqlarının müdafiəsi məqsədi daşıyır: “Laçın yolunun açılması tələbi”, “Ermənilərin yenidən soyqırımı ilə üzləşməsi” iddiaları, “Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi” və s.
ABŞ şəbəkəsinin müdafiəsi məqsədilə dərc olunan sonuncu ittihamları da əlavə etsək, “Vaşinqton Post”un Bakıya qarşı rupor rolunu oynadığını deyə bilərik. Bu, yalanı “həqiqət” kimi sırımaq qlobal səviyyəli “reketçiliklə” məşğul olan “Vaşinqton Post” üçün o qədər də təəccüblü deyil.
Və “Vaşinqton Post”un yalan təbliğatından təkcə Azərbaycan, yaxud Ağ Evin hədəf göstərdiyi ölkələr yox, elə Amerika xalqı da əziyyət çəkir. Bu qəzet haqda iki məşhur ifadə var:
- “Demokratların yalan maşını”: əgər respublikaçılar hakimiyyətdədirsə, “Vaşinqton Post”un səhifələri yalnız “qaradan” ibarət olur, demokratlar gələndə qəfil “ağarmağa” başlayır; "Demokratiya qaranlıqda ölür" şüarı ilə çıxış edən qəzet gerçəkdə demokratiyanı- həqiqətləri qaranlıq altında gizlətməklə məşğuldur;
- ABŞ kəşfiyyatının kağız versiyası: amerikalı jurnalistlər arasında “Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat katibi kimi işləmək üçün ən asan yer "Vaşinqton Postdur” zarafatı məşhurdur;
Bu ifadələr “Vaşinqton Post”un yaranmasından indiyə qədərki fəaliyyəti nəticəsində formalaşıb və hər ikisi konkret faktlara söykənir.
Qəzet yarandığı 1877-c ildənm indiyə kimi Demokratlar Partiyasının ruporu rolunda çıxış edir, hətta rəhbərlik zaman-zaman dəyişsə də, bu siyasi xətt davam etdirilir. 1960-cı illərdə qəzetə Bencamin Bredli rəhbərlik etməyə başlayanda “Vaşinqton Post” Mərkəzi Kəfşfiyyat İdarəsinin mediadakı platformasına çevrildi. Bredlinin özü də MKİ-nin agenti olmuşdu.
“Vaşinqton Post” informasiya siyasətini “dəqiqlik, obyektivlik” üzərində qurduğunu iddia etsə də, fəaliyyəti boyunca bu prinsipləri ən çox pozan nəşr kimi də yadda qalıb. Hələ 1974-cü ildə respublikaçı Riçard Niksonun istefasına səbəb olan məşhur “Uotergeyt qalmaqalı”nın arxasında “jurnalist araşdırması” yox, məhz demokratların maraqlarının müdafiəsi dayanırdı. B.Bredli Demokrat Partiyasından prezident olan Con Kennedinin yaxın dostu idi. Hərçənd, “Vaşinqton Post” yalanı təkcə siyasi müstəvidə yox, bütün sahələrdə istifadə edirdi.
1980-ci ildə qəzetdə dərc olunan və bütün ABŞ-da məşhurlaşan “Cimmy's World” məqaləsindəki hekayə sadəcə uydurmadan ibarət olub. Məqalənin müəllifi Janet Kuk 1981-ci ildə buna görə Pulitzer mükafatı da aldı. Lakin hekayənin uydurma olduğu ortaya çıxanda mükafat ləğv olundu və qəzet bunu jurnalistin üzərinə yıxaraq, onu işdən qovdu. J.Kuk bir il sonra televiya şousunda etiraf etdi ki, onu yalan yazmağa qəzetin redaktorları vadar edib.
“Uotergeyt qalmaqalı”ndan sonra redaktorlar sensasiya tələb edirdilər”, - o bildirib.
“Vaşinqton Post”un fəaliyyətini araşdıranda qəzetin üç prinsip üzərində işlədiyini görmək mümkündür. Xeyr, bu beynəlxalq jurnalistikanın tələbi olan “dəqiqlik, obyektivlik, qərəzsizlik” deyil.
- Demokratların hakimiyyətinin müdafiəsi;
- Mərkəzi Kəşfiyyat İdarəsinin göstərdiyi hədəfləri “vurmaq”;
- Qalmqallı, sensasiya xarakteri daşıyan məlumatları “dəqiq informasiya” kimi ictimai rəyə sırımaq;
Respublikaçı Trampın hakimiyyəti dövründə “Vaşinqton Post” ABŞ-da saxta informasiya mənbəyi olaraq tanınması daha da intensivləşdi. Buna səbəb qəzeti yüzlərlə xəbərinin yalan çıxması və təkzib etməyə məcbur olması idi.
Dezinformasiya siyasəti qəzetin ABŞ ictimai rəyində etibarlılığını ciddi şəkildə azaldır. “Pew Araşdırma Mərkəzi”nin sorğularına görə, “Vaşinqton Post” daha az etibar edilən media resursuna çevrilib. Təxminənə 10 il öncə ABŞ-da 5 ideoloji qrupdan ikisi bu qəzeti etibarlı mənbə kimi tanımırdısa, hazırda bu say dördə yüksəlib. Qəzetin əsas auditoriyası demokratların sol qanadıdır.
Nüfuzunun azalması “Vaşinqton Post”un gəlirlərini də böyük ölçüdə azaldıb, artıq qəzetin çap versiyasının saxlanılması problemlərlə üzləşir. Məlumatlara görə, qəzet gəlirlərini kompensasiya etmək üçün “sifarişli” məqalələr dərc etməyə başlayıb. Azərbaycana qarşı qərəzli məqalələrin dərcini də məhz erməni diasporu/lobbisi sifariş verir. Erməni diasporu\lobbisinin “Vaşinqton Post”un “səhifələrinə hökm etdiyi” də sirr deyil. Misal üçün, qəzetdə Azərbaycan əleyhinə əsas materiallar daha çox erməni əsilli David İqnatiusun imzası ilə yayımlanıb. Bu şəxs Qarabağda separat fəaliyyətinə görə həbs edilən Ruben Vardanyanın yaxın dostudur və onun tərəfindən maliyyələşdirilib.
Bütün bunlar “Vaşinqton Post”un Azərbaycanla bağlı səhifələrinə daşıdığı sonuncu ittihamların da yalan olduğu və məhz sifarişlə yazıldığını deməyə əsas verir. ABŞ-da demokratların hakimiyyətdə olduğunu və “Vaşinqton Post”un onların ruporu rolunu icra etdiyini nəzərə alsaq, belə məqalələrin Bakı-Vaşinqton münasibətləri üçün zərərli olduğu da aydın olur, xüsusilə Vaşinqton əməkdaşlığı davam etdirmək arzusu fonunda.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO