Proseslər Qərbin taktiki damğası ilə üz-üzədir - Moldovada nə baş verib?
Bizi izləyin

Nida Təhlil

Proseslər Qərbin taktiki damğası ilə üz-üzədir - Moldovada nə baş verib?

Hazırda postsovet ölkələrində Qərbin hücum taktikası izlənməkdədir. Bu, istər Gürcüstanda, istər Moldovada, istər Belarusda fərqli formalardadır. Ukrayna da göz qabağındadır və bu proseslərin hamısı Qərb adlandırdığımız bir sistemin müxtəlif üsullarla ölkələri öz nufuz dairəsinə salmaq taktikasıdır.

Publika.az xəbər verir ki, bu barədə Moldovada keçirilən son referendum haqqındakı sualları cavablandıran politoloq Yeganə Hacıyeva danışıb.

Saytımıza müsahibəsində xanım politoloq bildirib ki, əgər biz ən yaxın tarixdə analogiyalar aparsaq, bu, təxminən 2000-2005 ci illərin taktikasına çox oxşayır:

"2003, 2008, 2009-cu illərdə bir neçə postsovet ölkəsində - Ukraynada, Gürcüstanda, Qırğızıstanda Qərbin təsir dairəsini genişləndirəcək bir neçə proseslər baş verdi.

Və biz indi də ona oxşar bir mövqe izləməkdəyik. Əlbəttə, bunun hamısının bir səbəbi ondadır ki, qlobal səviyyədə siyasətdə gedən proseslərin bu ölkələrin hamısında təsiri izlənməkdədir və bu transformasiyada bir qeyri-müəyyən gələcək var. Bu qeyri-müəyyən yanaşma ondan ibarətdir ki, əhalinin üzünün hansı qlobal gücə tərəf tutması ilə bağlı tam təəssüratı və əminliyi yoxdur.

Bu gün heç bir halda demək lazım deyil ki, məsələn, əhalinin 50 faizi bu ölkələrdə Rusiyanı istəmir, Avropa Birliyini istəyir, və yaxud da əksinə, Avropa Birliyini istəmir Rusiyanı istəyir. Bunların heç birini iddia edə bilmərik. Bunların hamısını qeyri-müəyyən oriyentir adlandırmaq lazımdır".

Politoloq fikrinin davamında deyib ki, onların Rusiyaya münasibəti tamam fərqlidir. Onlar ən azından tanıdıqları və onların təsəvvüründə ənənəvi olduqları, özlərinə oxşadığı üçün Rusiyanı dəstəkləyirlər:

"Bir də postsovet ölkələrindən üzünü Qərbə tutan, onun dəyərlərini hansısa formada paylaşmağa çalışan, daha çox sivil cəmiyyətlərdə və mediada olan bir şəbəkə var və bu qüvvələr də var gücü ilə postsovet ölkələrində hökumətlərin Rusiya yönümlü, əhalini isə Qərb yönümlü təqdim etməyə çalışırlar.

Amma vəziyyət necədir? Az öncə də söylədim. Oradakı seçkini yaxından izləyən biri kimi onu deyim ki, Moldovadan xaricdə səsvermənin nəticələri son anda qəribə bir tərzdə, demək olar ki, yarı-yarıya bölündü. Təxminən belə oldu: Moldovadan kənarda yaşayanlar qərar veriblər ki, Avropa Birliyində olsunlar. Amma kimlər ki, Moldovada yaşayırlar onlar qərar veriblər ki, Avropa İttifaqına yönümlü olmamalıdırlar, özləri olmalıdırlar. Bunun da bir neçə izahı var. Bu onunla bağlıdır ki, Aİ bu gün özünün təqdimatında insan haqlarını kənara qoyub, daha çox özünü eynicinsli, transgender kimi təbliğ edir və bu da postsovet insanının qəbul etmədiyi nəsnələrdir".

Yeganə Hacıyeva bildirib ki, Qərbin demokratik seçki və xalqın iradəsinə real yanaşmamasını göstərməklə bərabər, onu da qeyd etmək lazımdır ki, xaricdən gələn nəticələrlə bağlı qəribə bir qeyri-müəyyənlik oldu. Məntiqlə xaricdən gələn nəticələr səfirlik və digər diplomatik missiyalardan ötürülür. Çünki bildiyiniz kimi, xaricdə yaşayanlar, həm də çoxluqda diplomatik missiyada fəaliyyət göstərən biznes və sair platformalarda fəaliyyət göstərən moldovalılardır. Məntiq deyir ki, onlar xalqın iradəsinin əleyhinə, Avropa Birliyinin xeyrinə nəticə formalaşdırıblar. Bu, əslində Sandu hakimiyyətinin inzibati resurslardan istifadə etməsi anlamına gəlir. Və bunun başqa adı yoxdur. Ümumiyyətlə, harda olmasından asılı olmayaraq seçkilərdə inzibati resurslar var. İstər Amerika olsun, istər Avropa, bu, belədir. Bu onun bir nümayişidir. Üstəlik, seçki günündə belə, Sandu hökuməti məhz Avropa Birliyinə yaxınlığı təşviq edirdi".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm