Nida Təhlil
Gürcü xalqı seçim qarşısında: Qərb-Rusiya qarşıdurmasında ikinci cəbhə açılır?
“Oktyabrın 26-da Gürcüstanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri əvvəlkilərdən fərqli olaraq, tam proporsional seçki sistemi şəklində baş tutacaq”.
Bunu Publika.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, seçkilərdə hər bir partiya parlamentdə 150 yeri tuta bilər:
“Hazırda siyahılar vasitəsilə deputatlar parlamentdə öz yerlərini tutacaqlar. Bir neçə partiya arasında rəqabət getməkdədir. Bunlardan biri Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” partiyasıdır. Bu partiyanın müsbət cəhətləri onun hakim partiya olması və hökümət tərəfindən nəzarətdə olmasıdır. Zəif cəhəti isə, Qərb əleyhina bir sıra qanunların qəbul edilməsidir.
Təbii ki, hər bir partiya ən mühüm məsələ olan Gürcüstanın ərazi bütövlüyünü fikirləşir. Qərbin və yaxud Rusiyanın təsirindən asılı olmayaraq, əsas vacib faktor Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir”.
Deputat qeyd edib ki, Qərb Ukraynada uğurlu alınmayan siyasətlərini Gürcüstanda da həyata keçirmək istəyir:

“Gürcüstan lideri Bidzina İvanişvili verdiyi açıqlamasında belə bir fakta toxundu ki, elə Qərbin özü də İrakli Qaribaşvili baş nazir olan zaman ona Rusiyaya qarşı vuruşmaq təklifi edib. Hətta Qaribaşvili 3-4 gün vuruşa biləcəklərini qeyd etdikdən sonra İvanişvili gedişatda partizan hərəkatına keçmələri ilə bağlı göstəriş verib.
Qərb ciddi cəhdlə çalışır ki, Gürcüstanda öz nüfuzunu bərpa etmək üçün Ukraynada baş verənləri təkrar etsin. Son vaxtlar isə bunu Ermənistan vasitəsilə edirlər”.
A. Nağıyev son olaraq gələcəklərini gürcü xalqının özünün təyin edəcəyini bildirib:
“Gürcüstan vətəndaşlarının özləri seçim etməsələr, Qərbin hər hansı ciddi nailiyyət əldə etməsi gözlənilən hal deyil. Cənubi Qafqazda onların məhz geosiyasi vəziyyəti strateji məsələdir. Gürcü xalqı çalışacaq ki, onları qane edən müstəqil bir parlamentin seçilməsinə nail olsunlar”.
Roza Şəfiyeva
-
Ekologiya20:00İlin ikinci Günəş tutulması başladı
-
Hadisə19:00Xocavənddə mina partladı - Xəsarət alanlar var
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO








.jpg)




























