Dünya
ABŞ-a qarşı ittifaq: Putin və Si Cinpin Trampa bu mesajı verdilər
Donald Trampın ABŞ-da vəzifəsinin icrasına başlamasından 12 saat keçməmiş Rusiya lideri Vladimir Putin Çin sədri Si Cinpinlə görüşərək Vaşinqtona qarşı ittifaqda olduqlarını göstəriblər.
Publika.az xəbər verir ki, görüş videokonfrans formatında keçirilib.
“ABŞ-ın yeni administrasiyası ilə bərabərhüquqlu dövlətlər arasında qarşılıqlı hörmət və dialoq qurmağa hazırıq”, - liderlər bəyan edib.
Putin açıqlamasında bu sözləri deyib: “Rusiya və Çin xarici ölkələrin daxili inkişaflarından və idarəetmə dəyişikliklərindən asılı olmayaraq, dünyanı daha ədalətli və çoxqütblü bir yerə çevirmək üçün birlikdə hərəkət etməyə davam edəcəklər. Biz Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası, həmçinin BRİKS və digər beynəlxalq platformalar çərçivəsində ümumi yanaşmalarımızı davam etdirəcəyik”.
Putinin xarici siyasət üzrə müavini Yuri Uşakov iki liderin görüşünün əvvəlcədən planlaşdırıldığını və liderlərin bir-birlərinin yeni ilini təbrik etmək niyyətində olduqlarını desə də, Ukrayna müharibəsi məsələsinin də bu günlərdə gündəmə gətirildiyini etiraf edib.
Aysel Şahmar
-
Dünya03:13Qrenlandiya ABŞ-la danışıqlar üçün RAZILIQ VERDİ
-
Dünya02:12Pakistandan ACI XƏBƏR - Ölənlərin sayı 67-yə çatdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə görün nə pıçıldayır...
-
Magazin122 Yanvar 23:48Vaqif Gərayzadə Röya Ayxanın evində… - FOTO
-
İdman22 Yanvar 22:48Ronaldonun qızı “Titanik”in mahnısını oxudu - VİDEO
-
Avropa22 Yanvar 22:36Hitlerin gündəliyi elə qiymətə satıldı ki...
-
Magazin222 Yanvar 22:00Cennifer Lopez evsiz kişiyə görün nə verdi - FOTO/VİDEO
-
Sosial22 Yanvar 21:36Zivər Zeynalovaya yeni vəzifə verildi




















.jpg)










