Nida Xəbər
İlin ikinci yarısında Azərbaycan-Moldova siyasi məsləhətləşmələri keçiriləcək
2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoy ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir Azərbaycan-Moldova əlaqələrini onilliklərə söykənən çox səmimi, açıq dostluq münasibətləri kimi səciyyələndirib:
"Ölkələrimiz arasında yüksək səviyyəli dialoqu, liderlər arasında olan səmimi münasibətləri, mütəmadi görüşləri qeyd edə bilərik. Biz beynəlxalq tədbirlər çərçivəsində davamlı görüşlər keçirir, müzakirələr aparırıq. İkitərəfli qarşılılqlı səfərlərin isə əlbəttə ki xüsusi əhəmiyyəti var.
C.Bayramov iki ölkə arasında siyasi məsləhətləşmələr formatının mövcudluğunu xatırladıb:
"2026-ci ikinci yarısında da Azərbaycan və Moldova arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək. İki ölkə arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr haqqında sənəd imzaladıq".
XİN başçısı qeyd edib ki, moldovalı həmkarı ilə müzakirələrdə iki ölkə arasındakı bütün istiqamətlərə toxunulub: "İkitərəfli münasibətlər, beynəlxalq platformalardakı əməkdaşlıq, regional təhlükəsizlik və qlobal məsələlərə yer verdik".
-
Yaxın Şərq09:40SEPAH-dan iddia: "Arifcan" bazası vuruldu
-
Avropa08:12Avropada ABŞ səfirliyi qarşısında güclü partlayış
-
Magazin208:00“Victoria's Secret”in mələyi kiçik bikinidə poza verdi - Foto
-
Ekologiya07:17Bayram günü hava necə olacaq?
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto







































