Nida Xəbər
“Bişkekdən Bakıya təyyarələr uçmur. Təəssüf...”
Qırğızıstanın rus dilində çap olunan əsas dövlət qəzeti və ən çox oxucu kütləsinə sahib olan “Slovo Kırqızstana” qəzetinin baş redaktorunun müavini, bu ilin sentyabr ayının 29-30-da Bakı şəhərində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Kifayət Əskərovanın Azərbaycana səfəri ilə bağlı təəssüratları həmin qəzetin 21 oktyabr 114 nömrəli, 11 noyabr 122 nömrəli və 25 noyabr 127 nömrəli saylarında, qəzetin rəngli və mərkəzi səhifələrində dərc edilib.
Bu barədə Publika.az-a Azərbaycanın Qırğızıstandakı Səfirliyindən məlumat verilib.
Kifayət Əskərova qəzetin 21 oktyabr 114 nömrəli sayındakı yazısını “Bişkekdən Bakıya təyyarələr uçmur. Təəssüf...” adı altında təqdim edib.
O, birbaşa reysin olmadığı üçün tranzit uçuşlardan istifadə etməli olduğuna görə məqaləyə bu adı verməyi qərara alıb.
Müəllif məqaləsini Bakı Humanitar Forumunun tarixi, yüksək səviyyəli qonaqları haqqında geniş məlumat verib. O, həmçinin xarici qonaqların Bakının gözəlliyindən heyrətini gizlədə bilməməsini, xalqın qonaqpərvərliyini, möhtəşəm yeni tikililərin əzəmətini xüsusilə qeyd etmişdir.
Jurnalist Forumun keçirildiyi Ulu Öndər Heydər Əliyev adına Mərkəzinin tarixi haqqında da bilgi verib.
O, Forumda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştiraklarının tədbirə xüsusi önəm verdiyini, Azərbaycan Prezidentinin Forumda dərin məzmunlu geniş nitqini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini qəzet oxucularının diqqətinə çatdırıb.
Kifayət Əskərova qəzetin 11 noyabr 122 nömrəli və 25 noyabr 127 nömrəli saylarında “Şəhər, harakı dəniz və insanlar qayıdır” adı altında geniş yazıları Azərbaycanın şəhər və rayonlarının, xüsusən də Bakının gözəlliyinə həsr edib.
Əslən Azərbaycandan olan jurnalist Kifayət Əskərova bir çox həmyerlilərimiz kimi, 1933-1937-ci illərdə sürgün olunmuş ziyalı azərbaycanlı ailələrin nümayəndələrindəndir. Onun atası Lerik rayonun Zuvand kəndində anadan olub. O, məqaləsində, atasının doğulduğu yeri “ikinci İsveçrə” adlandırır.
Müəllif Bakının ən qədim hissəsi olan İçərişəhər haqqında da geniş məlumat verib.
O, memarlığı, gözəlliyi və təzə tikililəri ilə hər bir turisti heyran qoyan möhtəşəm yeni şəhərin içində qədim və çox böyük tarixi olan İçəri şəhərin Bakının gözəlliyinə gözəllik qatdığını xüsusilə qeyd edib.
Jurnalist qəzetin hər sayında yazı ilə bərabər özünün çəkdiyi şəkilləri də oxuculara təqdim edib.
Məqalədə müəllifin imzasından sonra qəzetin redaksiyasının Kifayət Əsəkərovanın Bakı şəhərinə səfərinin hazırlığına və onun V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinə təşəkkürü də çap olunub.
Vasif Həsənli
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO











.jpg)

.jpg)





















