Nida Xəbər
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Əmrə əsasən, bayram ərəfəsində və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq.
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək













.jpg)






















