Nida Xəbər
Cəbhədə vəziyyət gərginləşdi
Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (46 mərmi), snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Fərəhli kəndində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Nəmirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN